“Bu sanksiyalara rəğmən İran mühafizəkar sistemi geri addım atmayacaq”

“İrana qarşı sərt sanksiyalar tətbiq olunub. İranın nüvə proqramını davam etdirməsində israrlı olması və 12 günlük müharibədə məğlubiyyətə baxmayaraq öz şərtlərindən geri çəkilmir. Artıq, Avropa İttifaqı Şurası “Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya, Fransa) ardınca İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaların bir qismini bərpa etmək barədə qərar verib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, BMT də həmçinin İrana qarşı sanksiyaları dəstəkləyir:
“İranın mühafizəkar kəsimi Qərblə danışıqlarda maraqlı olmadıqlarını, prezident Məsud Pezeşkianın açılım siyasətinin qarşısını aldılar. Elə bir vəziyyət yaratdılar ki, prezident BMT kürsüsündən mühafizəkarların yazdığı mətni oxumalı oldu. İrana sanksiyaların tətbiqi ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq. Bu sanksiyalar əvvəlki sistemdən fərqlidir. Çünki, İran əvvəlki sanksiyalardan yayına bilirdi. Kölgə ticarətini inkişaf etdirmişdir. Hazırda Qərb kölgə iqtisadiyyatını hədəfə almaqla İranın "nəfəsliklərini" tutacaq. Tətbiq olunmuş sanksiyalar rəsmilərlə birgə İranın əsas iqtisadi sahələrini əhatə edir”.
Politoloqun sözlərinə görə, bu sanksiyalara rəğmən İran mühafizəkar sistemi geri addım atmayacaq:
“Prezident Məsud Pezeşkian üçün mənfi bir proses başlayır. İrana tətbiq olunan sanksiyalar Azərbaycan -İran iqtisadi və nəqliyyat əlaqələrinə də təsir edə bilər. İranın "Araz" dəhlizini Orta dəhlizin əsas seqmentinə çevirmək planı uğursuz olacaq. İranda xalqın ayağa qalxması isə, gözlənilmir. Çünki, 12 günlük müharibəni mühafizəkar sistem öz lehinə çevirə bildi. Azərbaycan- İran əlaqələrinə gəldikdə isə, bunun orta gərginlik xətti ilə davam etməsi gözlənilir. Xüsusilə, rəsmi Tehran Azərbaycanla yüksək səviyyədə münasibətlərin strateji müttəfiqlik səviyyəsində maraqlı deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Netanyahu Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən ÜZR İSTƏDİ

Somalidə silahlılar BMT-nin helikopterini ələ keçirdi

Tramp bu filmlərə 100 faiz tarif tətbiq edir
