Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.
Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.
Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.
Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
12 Iyun 2026 17:09
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı
12 Iyun 2026 16:36
1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb
12 Iyun 2026 16:25
Azərbaycanda bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK
12 Iyun 2026 16:07
31 əməkdaş intizam məsuliyyətinə cəlb edildi, 9 nəfər işdən çıxarıldı - TƏBİB
12 Iyun 2026 16:02
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
12 Iyun 2026 15:48
"Böyük Qayıdış”: Səhiyyə Nazirliyinin mobil klinikası Şuşada - ağciyər xəstəlikləri erkən aşkarlanır
12 Iyun 2026 15:03
"Bəzi hallarda blogerlər gənc ailələri boşanmağa inandırırlar" - Deputat
12 Iyun 2026 14:29


Bakı -°C

