adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 14:29
70
GÜNDƏM
A- A+

"ASAN xidmət" və "ASAN kommunal" işləməyəcək

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 16-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.