adalet.az header logo
  • Bakı -°C

 Lavrov deyəsən qocalıb...  - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
153 | 2026-02-10 11:41
A- A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukraynada sülh bərqərar olmayanadək amerikan prezidenti Donald Trampın hərəkətlərini çox da şişirtməyin mənası yoxdur.

Lavrov deyəsən ünvanları səhv salıb, ya Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın yerlərini dəyişik görür, ya da həqiqətən yaşı 80-i keçib Kremlin təbliğat maşınının,  guya "Rusiya -Ukrayna müharibəsini ABŞ başladıb" kimi uydurduğu xəbərlərin təsiri altından çıxa bilmir.

"Ukraynanı bir həftəyə işğal edəcəyik", "Üç günə Kiyevdə hərbi parad keçirəcəyik" və s. kimi cəfəngiyat təbliğat maşının "üfürdüyü hava", dörd ildi ki, arzu ddilən nəticəni vermədi və  görünür ki, püskürülən "zəhərli hava" qoca diplomata da təsirsiz ötüşməyib. 

Rusiya rəhbərliyi asan aələbəyə ümid edirdi, üzücü müharibə ilə üzləşdi. Vladimir Putin və yaxın ətrafında cəmləşən generalitet çaşqınlıq içərisindədirlər.  Artıq istər texniki, istərsə də canlı güc resursları getdikcə tükənməkdədir, ona görə də tezliklə "sülh" axtarışına çıxıblar.  Yalnız bsşa düşmürlər ki, artıq əldən düşmüş qoca diplomatla sülhə nail olmaq mdmkün olmayacaq.  Krdmldə oturanlar ümid edirlər ki, bu "sülhü" onlara yalnız Donald Tramp "bəxş edəcək".

Rusiyanın rəhbərləri hər bəyənatlarında ya dünyanı nüvə müharibəsi ilə hədələyirlər, ya da  "Moskvanın qapıları münaqişənin sülh yolu ilə həllinə həmişə açıqdır" deyirlər.  Bu mənada RF-sı təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev daha çox fərqlənir.  Adamın başı  paxmeldən ayılan kimi, keçir klavişlərin arxasına və dünyanın altını üstünə çevirəcəklərini "bəyan" edir.

Putin bir tərəfdən sülh axtarır, digər tərəfdən isə, bunun üçün Ukrayna və Avropanın heç bir halda qəbul edə bilməyəcəyi şərtlər irəli sürməklə, ABŞ prezidentinin açdığı "sülh pəncərəsini" öz əlləri ilə bağlayır. 

Donald Trampın təşəbbüsü ilə aparılan  ABŞ-Rusiya-Ukrayna arasına üçtərəfli danışıqlar bir-birini əvəzləyir, hələ ki, ortada heç bir nəticə yoxdur. Müharibə isə davam edir...

 

  • Fevral:
  • 6

TƏQVİM / ARXİV