Kommunistlərin fikiri hacalandı
"Telman Nurullayev 1996-cı ildə Azərbaycan Kommunist Partiyası sıralarından qurultayın qərarı ilə xaric olunub. Telman Nurullayev kimilərin Kommunist Partiyasına heç bir aidiyyatı yoxdur”. Bunu Modern.az saytına Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov AKP-nin digər qanadı olduğu iddia edilən partiya rəhbərinin Azərbaycanın Gömrük İttifaqına qoşulması üçün Rusiya prezidentinə etdiyi müraciəti şərh edərkən bildirib.
R.Qurbanovun
sözlərinə görə, bu kimi şəxslər kommunist adı altında AKP-nin fəaliyyətinə
kölgə salmaq qüvvələr tərəfindən ortaya çıxarılır. " "Azadlıq” radiosunun
qonağı olan və Kommunist Partiyasının katibi kimi təqdim olunan Ədalət Abidinov
jurnalist Xədicə İsmayılın "siz nə işlə məşğul olursuz?” sualına cavab verə
bilmir. Onlar nə parlament, nə bələdiyyə nə də prezident seçkisində iştirak
etmirlər. Ədalət Abidinov deyir ki, onlar təşkilatlanma işi ilə məşğuldur. Necə
olur ki, mühüm siyasi proseslərdə iştirak etməyəsən, amma təşkilatlanma işi ilə
başını qarışdırasan?”-deyə R. Qurbanov ittiham edib. AKP sədri bildirib ki,
Telman Nurullayevin "sədrlik” etdiyi Azərbaycan Kommunist Partiyası
adlı bir təşkilat və bu qrup 3-4 nəfərdən ibarət kiçik bir dərnəkdən başqa bir
şey deyil. "Onlar Azərbaycanın ictimai-siyasi həyatına təsir göstərə bilmirlər.
Rəsmi olaraq mənim sədrlik etdiyim partiya dövlət qeydiyyatından keçib. Ona
görə də mən vaxtilə Kommunist Partiyasını Milli Məclisdə təmsil edən deputat
olmuşam”.
T.
Nurullayevin rəhbərlik etdiyi AKP-nin bəyanatının "sərsəm” olduğunu deyən
R. Qurbanov Krımı işğal etdiyinə görə Rusiya rəhbərliyini də tənqid edib. "Biz
referendum keçirilərək Krımın Rusiyaya birləşməsini kəskin tənqid edirik. Biz
yalnız Putinə Krımda yaşayan rus xalqının təhlükəsizliyini qorumaq üçün atdığı
diplomatik addımları dəstəkləmişdik. Amma biz heç vaxt müstəqil dövlətin ərazi
bütövlüyünə qarşı təxribatı alqışlamırıq və bu, beynəlxalq qanunlara zidd bir
addımdır. Azərbaycanın Qarabağ problemi olduğu təqdirdə bəzilərinin
Rusiyaya dəstək verməsi öz dövlətinə qarşı olan xəyanətindən xəbər verir. Onda
belə çıxır ki, sabah da erməni separatçılar Dağlıq Qarabağda referendum keçirib
Ermənistana birləşmək haqqında qərar qəbul edə bilər və dırnaqarası
kommunistlər də ona dəstək verməlidirlər?!”.
Qeyd edək
ki, T. Nurullayevin rəhbərlik etdiyi və AKP-nin digər qanadı olduğu iddia
edilən partiya V. Putinə Azərbaycanın Gömrük İttifaqına qoşulması üçün müraciət
ünvanlanıb. Müraciətdə Kremlin Ukraynaya qarşı
apardığı siyasətin təqdir olunduğu vurğulanıb.
Digər Xəbərlər
16 Iyul 2026 20:24
İlham Əliyev Donald Trampa təşəkkür etdi
16 Iyul 2026 17:33
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
16 Iyul 2026 14:57
“Rusiya və İranın qonşu ölkələrə münasibətdə siyasətləri dəyişməyincə...”
16 Iyul 2026 14:00
Şuşadan dünyaya mesaj
16 Iyul 2026 13:23
Günay Əfəndiyeva: “Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir"
16 Iyul 2026 12:43
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
16 Iyul 2026 12:26
“Orada heç bir məhdudiyyət və senzura yox idi" - Hikmət Hacıyev
16 Iyul 2026 11:54


Bakı -°C

