“Rusiya və İranın qonşu ölkələrə münasibətdə siyasətləri dəyişməyincə...”
“Prezident İlham Əliyev Şuşada keçirilən Media Forumda çıxış edərkən “Cənubi Qafqazda “3+3” formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalı və növbəti “Minsk qrupu”na çevrilməməlidir” cümləsini işlədib. Fikrimcə, bu format artıq Minsk Qrupuna çevrilməkdədir. Birincisi, qrupun bir üzvü – Gürcüstanın bəlli səbəblərə görə, Rusiya ilə diplomatik münasibətləri yoxdur və rəsmi Tbilisi haqlı olaraq bu formatda iştirak etmir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, yəni indiki halda söhbət yalnız 3+2 formatından gedə bilər:
“İkincisi, Rusiya və İran hələ də Cənubi Qafqaz ölkələrinin müstəqil qərarlarına hörmət etmirlər. Misal üçün həm Moskva, həm də Tehran açıq-aşkar “Tramp yolu”nun əleyhinədirlər. Bunu ABŞ-ın bölgədə möhkəmlənməsini kimi qəbul edirlər. Azərbaycanın və Ermənistanın istər ABŞ, istərsə də, Avropa İttifaqı ilə sıx əlaqələri müstəqil qərarlardır və başqa dövlətlərin bu qərarların əleyhinə çxıması regional əməkdaşlıq imkanlarını azaldır. “Tramp yolu”ndan xeyli ölkə, o cümlədən Azərbaycan və Ermənistan faydalanacaqlar. Əgər bir ölkə qonşusunun qərarına hörmət etmirsə, onunla bir formatda uzaq məsafə qət etmək mümkün olmayacaq. Azərbaycan üçün ən yaxşısı qonşu ölkələrlə ikitərəfli və üçtərəfli formatları davam etdirməkdir. Əlbəttə, 3+3 formatından imtina edən tərəf biz olmayacağıq, ancaq Rusiya və İranın qonşu ölkələrə münasibətdə siyasətləri dəyişməyincə, format elə Minsk Qrupu kimi fəaliyyət göstərəcək”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Avqust 2026 23:00
"Sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq" - Prezident
08 Avqust 2026 22:26
Azərbaycan–ABŞ münasibətlərində yeni dinamika
08 Avqust 2026 20:52
"TRIPP təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir" - Prezident
08 Avqust 2026 20:33
İlham Əliyev Trampa məktub göndərdi
08 Avqust 2026 20:24
İlham Əliyevlə Trampın telefon danışığı ilə bağlı maraqlı fakt
08 Avqust 2026 19:45
ABŞ Prezidenti sülh prosesində İlham Əliyevin rolunu yüksək qiymətləndirdi
08 Avqust 2026 19:21
İlham Əliyev Trampla danışdı
08 Avqust 2026 15:31


Bakı -°C

