adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Kİm Ki Dukdan, Sergi ataya...

SAMİRƏ ƏŞRƏF
48753 | 2012-12-07 23:39
İstənilən sənət sahibinin öz peşəsini dərindən mənimsəməsi çoxvacibdir. Cəmiyyətdə hər hansı sahədə peşəkarlığın var olması üçün bu çox vacibşərtdi. Fərz edək ki, riyaziyyatçı hansısa riyazi məsələni dəqiq, düzgün həlledə bilmirsə, savadı natamamdırsa, bu zaman məlum məsələdir ki, savadsız şagirdyetirəcək. Həkim həmçinin qeyri-sağlam insan, aşpaz da zay qida.

Lakin bunlardan əlavə bir də yaradıcı insanlar var ki, onların özkönül verdikləri məsləklərindən əlavə həm də başqa bir neçə sahəni öyrənməsivacibdir. Məsələn, bizim ölkə də hal-hazırda belə bir fikir yaranıb ki, birgənc bəstəkar mütləq klassik musiqilər dinləməli, məşhur bəstəkarlarınhəyatlarını, yaradıcılıqlarını oxuyub, öyrənməli, rəssam rəssamlıqlamaraqlanmalı, yazıçı, şairdə sırf ədəbiyyat üzrə özünün formalaşdırmalıdı.

Lakin bir anlıq gözləriniz önünə həm musiqini, həm rəssamlığı, həmədəbiyyatı, həm də kinonu gözəl, dərindən bilən bir yazıçı gətirin. Ondagörəcəksiniz ki, ortada çox kamil bir insan var olur. Kinonu mən nahaq yerdənsonuncu vurğulamadım, çünki, mənim bugünkü yazım birbaşa film və ədəbiyyatlabağlı olacaq.

Ədəbi mütaliəyə on ildən artıqdır ki, maraq artırmışam. Ancaqfilmlərlə təxminən bir ildir ki, müntəzəm vaxt ayırıram. Və bu vaxt ərzindətəbii ki, peşəkar kinoşünasların yazılarını izləməklə, onlardan məsləhətləralmaqla davam edirəm. Bu işdə mənə dəyərli Sevda Sultanovanın da çox köməyiolub. Ona da bu yazı vasitəsi ilə ayrıca təşəkkürlər.

Əslində, məndən olsa kitabı da, filmi də çox yox, bir az kor-koranəizləmək daha yaxşıdır. Çünki, bu zaman sənin öz incəsənət zövqün formalaşır,həm də seçim imkanların çox olur. Lakin indiki dövrdə, vaxtın belə tezötüşməsi, yaşlanma prosesinin sürətlənməsi insanları istər-istəməz məsləhətalmaq qarşısında dayanmağa vadar edir.

Təxminən bir ay əvvəl Koreya rejissoru Kim Ki Dukun yeddi filmindənibarət olan bir diskini aldım.

Dukun mükəmməl rejissorluğu, müxtəlif festivallarda aldığı mükafatlarbarədə çox eşitmişdim. Həm də bu mənim Koreya filmləri ilə ilk tanışlığım idi.

İki, üç günlük aralarla onun bütün filmlərini izlədim. Hər filmdənsonra məndə çox qəribə hisslər yaranırdı. Qət edirdim ki, bu film haqqındamütləq yazacam. Lakin növbəti filmdə əvvəlki filmdən vaz keçib yeni baxdığımfilm haqqında yazacağımı qərarlaşdırırdım. Beləliklə, bütün filmlər bitdikdənsonra, yazmaq üçün hansı filmi seçəcəyimi anladım. Bəri başdan deyim ki, Dukunçəkdiyi filmlər orijinallığı, fəlsəfi baxışı, sezilməz qəddarlığı ilə bir çoxrejissorlardan fərqlənir.

Onun çox məşhur səssiz kadrlarla dolu olan, daha çox sifət mimikaları, əl- qol hərəkətləri iləqəhrəmanlarına sərbəstlik verdiyi filmi "Boş ev"nə qədər həzin, sevgi dolu bir film olsa da, yenə də həmin filmin içərisindəçox dəhşətli səhnələr var.

Daha sonra "Sahili qorumaq", "Pisoğlan", "Yaz, Yay, Payız, Qış ...və yenəyaz " filmi də beləqəbildən olan filmlərdəndi. Adını sonuncu yazdığım film olduqca unikal,incəsənəti də özündə birləşdirən biddizm dininin dəyərlərini qabardan və ədəbiyyatı andıranbir filmdi. Bu filmdə uca dağları olan, yaşıllıqlarla əhatə olunmuş gölüniçərisindəki monastrda yaşayan bir rahibin və onun şagirdinin həyatından bəhsedir.

Dörd, beş yaşlı şagirdi ilə birlikdə yaşayan rahib hər gün cürbəcürotlar yığmaq üçün onunla birlikdə gölün kənarındakı meşədən müalicəvi otlartoplamağa gedirlər. Bir gün o, öz balaca şagirdini gölün içərisində oynayarkənizləyir. Uşaq göldən tutmuş olduğu balaca balığın, qurbağanın belinə ip, ipin ucuna isə daş bağlayıb suyaatır. Daha sonra bu oyunu ilanın da başına gətirir.

Bütün bunları kənardan izləyən rahib çox məyus olub, qəzəblənir.Onlar evə qayıtdıqdan sonra rahib gecə oğlan yatdığı zaman böyük bir daşı ipləonun belinə bağlayır.

Ertəsi gün yuxudan ayılan uşaq rahibdən daşı onun kürəyindən açmasınıistəyir, lakin rahib razılaşmır. Bu vaxtı rahib ona deyir: - get cəza verdiyincanlıları tap, əgər onlardan bircəciyi ölübsə, sən bu ölümün günahını bir ömürboyu öz ürəyində daşıyacaqsan.

Uşaq həmin yerə gələndə görür ki, balıq və ilan ölüb, qurbağa isəsağdır. İlanın qan içərisinə ölməsinə uşaq çox üzülür və göz yaşları axıdır.

Beləliklə rahib canlının canlıya verdiyi əzabı qarşılıqlı edərək,oğlana qəlb və can ağrısının nə olduğunu öyrədir.

Sonra uşaq böyüyür. Onların yanına müalicə olunmaq üçün gələn birqızla zina edir. Daha sonra onun ardınca şəhərə qaçıb gedir və qısqanclıqüstündə qızı öldürüb yenidən rahibin yanına qayıdır. Bir müddət sonra isə onupolislər tutub aparır.

O getdikdən sonra rahib yaşadığı evə bir dəst paltar qoyub intiharedir.

Əslində tamaşaçı üçün filmin ən gərgin anı buradan başlayır. Bu həmdə, buddizm dininə əsasən tükənmiş canın qətl olunmasıyla, ruhun yenidəntəzələnməsi ilə ilana keçməsi kimi də izah olunur. Çünki, aradan xeyli vaxtkeçdikdən sonra, şagird öz cəzasını başa vurub qış fəslində monastra qayıdanda,onun paltarlarının üstündən bir ilan sürünüb gedir.

Oğlanın döndüyü fəsil qış fəsli olduğundan o, çox əziyyətlər çəkməliolur.

Ümumiyyətlə filmin adının fəsillərlə bağlı olması da insan təbiətininfəsillər kimi müxtəlif çalarlı olmasına bir işarədir. Rejissor, məhz fəsillərisıralamaqla qəhrəmanının başına gələn hadisələri də həmin vaxtlara rastgətirməyə çalışır.

Müəlliminin başına gələn onun da başına gəlir, onun da yanınakörpəlikdən bir uşaq gətirib qoyurlar. Və müəllimindən rahiblik vəzifəsinimənimsəmiş insan həmin körpəni tərbiyə etməyə başlayır.

Bir gün gənc rahib öz belinə iplə çox böyük bir daş bağlayıb, ibadətetdiyi bütlərdən birini də özüylə götürüb xeyli məsafə qət edərək, həmin daşıvə bütü yaşadığı bölgənin ən hündür dağının başına qoyur. Həmin dağın ki, onunyaşadığı evdən həmin dağın yüksəklikləri görsənir...

...Rahibin ölümü, şagirdinin mütləq geri dönəcəyinə, həm də saf,günahlardan təmizlənmiş vəziyyətdə dönəcəyinə inam finalın ən gözəlanlarındandı.

İntihardan öncə rahib müdrikliklə duyur ki, vaxtilə balığı, ilanıişgəncəylə öldürüb daha sonra ürəkdən ağlayan o uşaq məhv olmayıb və o dünyanınhansı hissəsinə qədər gedib çıxsa da, həyatın pis-yaxşı aşınmalarından qəlbiniqoruyub geri qaytaracaq.

Yazının əvvəlində mən bu filmin ədəbiyyatı andırdığını vurğulamışdım.Çünki, bu film özlüyündə mənə Lev Tolstoyun "Sergi ata"sını xatırlatdı. Filmə baxdığım müddət ərzində bu hissi bir neçə dəfədərindən hiss elədim.

Oxuyanlar bilir ki, dahi Tolstoyda Sergi atadan bir müqəddəsyaratmağa çalışıb. Lakin bütün cəhdlərə rəğmən bu alınmayıb. Sözsüz ki, yazıçıbunu bilərəkdən edib ki, insanların xasiyyətindəki müxtəliflikləri,ziddiyyətləri açıb oxucuya göstərsin. Kİm Ki Dukdan fərqli olaraq TolstoyStepan Kasatskini kübar həyatıniçərisindən, bəlli bir biabırçılıqan çəkib gətirir rahibliyə. Lakin aradan nəqədər qatı, tərki-dünya rahiblik illəri keçsə də, Kasatski, Sergi ata ola bilmir. Daxilində varolan günah hissi, gəncliyində yaşadığı biabırçılıq hissinin yaratdığı boşluq,sonralar bu boşluğu dolduran təcavüzkarlıq ona ciddi-cəhdlə mane olub əzabverir. Və Sergi ata öz şişirdilmiş mənsəbindən, adından, kürsüsündən imtinaedir.

Lakin haqqında bəhs etdiyim bayaqkı filmdə rejissor dünyəviməsələlərə daha nikbin, daha ürəyiyumşaq formada nəzər salır. Onun qəhrəmanıetdiyi günahlarının bədəlini ödəməklə yanaşı, həm də müəlliminin ümidlərinidoğruldub, günahlardan təmizlənir, zəhmətə alışır və insanlara xəyanət etmir.

Və bu filmi izləməklə mən bir daha əmin oldum ki, nə qədər ki, yerüzündə "Sergi ata" kimi əsərlər yazılıb, oxunacaq, "Yaz, yay, payız, qış... və yenəyaz" kimi filmlərçəkilib izlənildikcə, bu zaman bəşəriyyətin kamilləşməsinə ümid bəsləməyədəyər.

Samirə Əşrəf

TƏQVİM / ARXİV