Azərbaycan Rusiyadan Ermənistana tranzitə icazə verdi

Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib.
Adalet.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, Rusiya Dəmir Yolları (RJD) və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan üzərindən Ermənistana tranzitinin təşkili üzərində işləyirlər.
"Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib. Bu baxımdan, biz çox maraqlı irəliləyişlər əldə etmişik. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Biz həmçinin bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik", - Overçuk qeyd edib.
Digər Xəbərlər
27 Oktyabr 2025 09:40 2026-cı ildə pensiya kapitalı artırılacaq
25 Oktyabr 2025 11:31 “İşğal dövründə Qubadlıya 2 milyarddan çox ziyan vurulub...”
25 Oktyabr 2025 11:27 Oktyabr ayının bütün ödənişləri yekunlaşıb
25 Oktyabr 2025 10:43 Azərbaycan nefti bahalaşdı
25 Oktyabr 2025 10:28 Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafı müzakirə olunub
24 Oktyabr 2025 18:57 “Bütün hallarda Rusiya yeni dəhlizə nəzarət edə bilməyəcək...”
24 Oktyabr 2025 09:50 Naxçıvanda istehlakçılara nə qədər ƏDV məbləği qaytarılıb?
23 Oktyabr 2025 17:37 

Bakı -°C 






