adalet.az header logo
  • Bakı -°C

İran müharibəsi qlobal böhran yarada bilər - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
126 | 2026-04-13 10:38
A- A+

Pakistanın vasitəçiliyi ilə İslamabadda baş turan ABŞ -İran danışıqlarında yenə də nəticə  əldə olunmadı.

 Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens bildirib ki, tərəflər müharibənin dayandırlrması ilə bağlı fikirlərini bölüşüblər, lakin Tehranın ABŞ-ın təkliflərini qəbul etməməsi ucbatından razılaşma əldə olunmayıb.

 Xatırladırıq ki, ABŞ razılaşma əldə olunması üçün 15, İran isə 10 təklif irəli sürmüşdü. Razılaşmanın bağlanmamasının  əsas səbəbi İranın  nüvə proqramı, saksiyalar, hərbi qüvvələrin sərhəddəki varlığı və mühüm marşurutlara nəzarətlə bağlı fikir ayrılıqlarının yaranmasıdlr. 

 Vaşinqton İrandan  nüvə proqranından tamamilə imtina etməsini tələb edir, əvəzində sanksitalarln  bir hissəsinin ləğv olunacağını vəd edir. İran isə, öz növbəsində təhlükəsizliyinə zəmanət,  sanksiyalarln tamamilə ləğv edilməsini, Hörmüz boğazına nəzarət etməkərini və nüvə proqramını inkişaf etdirmək hüququnun tanınmasını tələb edir.

 Daha əvvəllərdə qeyd etmişdik ki, müharibənin dayandırılması üçün, dayanıqlı sülhün əldə olunması üçün tərəflər qarşılıqlı güzəştlərə getməlidirlər. Və yaxudda, ən azından bir tərəf müharibəni uduzduğunu etiraf etməli və qarşı tərəfun şərtlərini qəbul etməlidir. 

 İndiki halda isə, baxmayaraq ki, hələ müharibə davam edir, hər iki tərəf özünü qalib elan edir və təbii ki, belə olan halda   sülh danışıqlarının baş tuta biləcəyi inandırıcı görünmür. 

 ABŞ prezidenti Donald Tramp bəyan edir ki, danışıqlar prossesi onun eçün önəm daşımır, "çünki ABŞ bu müharibədə qalib gəlib. Tramp hesab edir ki, İran ordusu böyük zərbə alaraq, ciddi itkilərə məruz qalıb.

 "Ciddi itkilərə məruz aalan" İran isə, ABŞ-ın Yaxın Şərqdə- Bəhreyndə, BƏƏ-də, Qətərdə, Küveytdə və İordaniyada- yerləşən hərbi bazalarına və İsrailin ərazilərinə hücumlarını davam etdirir və hələki Hörmüz boğazına nəzarətidə əlində saxlayır.

Maraqlı odur ki, müharibəni başlayan və hələ də, İran ərazilərindəki hərbi obyektlərə hücumlarını davam etdirən İsrail, ABŞ-İrsn-Pakistan danışıqlardan kənarda qalıb.  

  Danışıqların uğursuzluqla başa çatması göstərir ki, vəziyyət belə davam edərsə, bu ölkəkərində İrana qarşı müharibəyə qoşula biləcəyi istisna olunmur. Səudiyyə Ərəbistanı bəyan edir ki, uzun müddət İranın ölkə ərazilərinə hücum etməsinə dözmək fikirində deyil. 

 Görünən odur ki, ABŞ və İran danışıqlarının uğursuz nəticələri  başqa dövlətlərində müharibəyə cəlb olunması riskini artırır. Həmçinin, qlobal müharibə beynəkxalq itisadi böhranın yaranması, yüz milyonlarla miqrasita axını  təhlükəsinin yaranması deməkdir...

 Vəziyyəti analiz etdikcə, düşünürsən ki, eyniylə Rusiya-Ukrayna müharibəsində olduğu kimi, həm İran, həm də ABŞ ortaq məxrəcə gəlmək istəyirlər və bunu bacararlar. Lakin, görünən odur ki, ya hələlik bunu istəmirlər, ya da bacarmırlar...


 

TƏQVİM / ARXİV