adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

HƏQİQƏTİN O BİRİ TAYINDA...

BABƏK YUSİFOĞLU
33215 | 2014-11-24 15:09

Müqəddəs kitablardan öyrəndiyimizə görə, ilk qətliQabil törətmişdir. İnsanların qəlbində yuva edən İblisin – nəfsin, paxıllığın,intiqamın, qəzəbin hökmü ilə yaradılmışların biri-digərini, Qabil qardaşıHabili öldürmüşdür...

Artıq milyon illərdi ki, insanlar qan axıdırlar, bucür günah əməllərini sürdürürlər. Və Haqqa çağırışlar, verilən cəzalar,düzənlənən qanunlar... qanlı cinayətlərin qarşısını hələ də ala bilməyib.Əksinə zaman keçdikcə İnsan oğlu öldürmək, məhv etmək, amma bunlarınmüqqabilində cəzasız qalmaq, törətdikləri əməllərin üstünü ört-basdır edilməküçün ən müxtəlif yollar belə axtarıb tapırlar. Amma...

Amma burada qəribə bir məqam da var. Ruhunu iblisətəslim edənlər, nəfsinə əsir düşənlər, şərin yanında yer alanlar, Xeyirə meydanoxuyub ətrafa şər toxumlarını səpənlər pisliklərin inşasına rəvac verənlər...Haqqın batil olmasına çalışsalar da Haqq batil olmur. Çünki Allah-Təalayaratdığı gözəlliklərin iblis və onun nökərləri tərəfindən məhv edilməsinəimkan verməz...

Elə aparılan mübarizələr, zaman-zaman bəziqeyri-adi insanların var olması buna sübut deyilmi? Yeni texnoloji imkanlarınbelə aciz qaldığı məqamlarda həmin fenomen fərdlərin meydana çıxması İlahimüdaxilənin mövcudluğundan xəbər vermirmi?

Hurkosun fenomen istedadının hesabına necə qapalıişlər aydınlığa çıxdı, müəmmaya bənzər hadisələr gerçək cavabını tapdı... Vəkimlər daha ona minnətdar qalmadı? Prezident ronald Reyqandan tutumuş sıravivətəndaşadək olan bir çoxları...

                      Peter Hurkosu nəzərdə tuturam.Tanıyırsınızmı onu?..

(Əvvəli qəzetin18 noyabr sayında)

İşlədi də. Yaxınlarının sayəsində müxtəlif yerlərdəçalışıraq müəyyən qədər pul qazanırdı.Lakin həmin illər ümumiyyətlə İkinci DdünyaMüharibəsi dövrü olduğu üçün bütün Avropanı məlum iqtisadi böhranbürümüşdü. Eləcə də onların ailəsini. Lakin başqalarından fərqli olaraq Peterinailə üzvlərinin əlavə qorxusu da vardı.O, Hollandiyadakı Müqavimət Hərakatı mübarizlərinə böyük rəğbət bəsləyirdi.

                                                ƏSİR DÜŞƏRGƏSİNDƏ…

Bir sırabioqraflar onun həmin təşkilatla əlaqəsi barədə bir şey yazmasalar da bəziləri Hurkosunhəmin zamanlarda müqaviməthərəkatına öz fenomenal bacarığıylayardımlar göstərdiyini bildirirdilər. Bəlkə də elə bunu iddia edənlərdoğru söyləyirdilər. Çünki bir qədər sonra Hurkos həbs edilərək Buhenvalda –əsir düşərgəsinə göndərildi. Əlbəttə,Hurkosun 3 ilə yaxın o düşərgədə qalması özü-özlüyündə söylənənləritəsdiqləyir.

Əslində bu dəfə də tale onun üzünə gülmüşdü. Beləki, düşərgə həyatı təxminən 3 il çəksə də Petersağ-salamat geriyə - Vətəninə döndü. Artıq Avropada müharibə də sona çatmışdı.İnsanlar rahat nəfəs almağa başlamışdı. Onun həyatının məhz həmin dövrü haqqındaçox az məlumat var. O vaxtlar üçün Hurkosun çox yaxın ətrafı arasında özbacarığını nümayiş etdirdiyi bildirilir. Lakin o, qeyri-adi bacarığını genişauditoriyaya çıxara bilmirdi. Çünki tanınması, yaxud bu sahədə özünə bir iş qurması üçün heç birşəraiti və imkan yox idi. Dünyanın ənqəribə, ən fenomen insanlardan biri olsa da Hurkos sanki hər şeyi taleyinhökmünə buraxmışdı. Tale isə onu bədayaqda qoymağı "düşünmürdü”...

                                                    İLK SƏHNƏ,İLK ŞANS…

Əslində adirəngsazın dördüncü mərtəbə hündürlükdən təsadüfən yıxılmaqla yaranan qeyri-adibacarığının böyük yola çıxa bilməsinə kiçik bir təkan da bəs eləyəcəkdi. Yenətəsadüfi bir hadisə… Müxtəlif işlərlər görərək həyatını sürdürən Peter günlərin birindəAmsterdamda dolaşarkən bir afişaylaqarşılaşdı. Afişada yazılmışdı: "Tanınmış medium gizli saxlanmış fikirləritamaşaçılara bəyan edir”.

Daimi işi olmayan, tanınmayan, gənc öncəgörənin işində bu tamaşaya baxmaq arzusu oyandı: ora getmək, bilet alıb mediumuizləmək... Ciblərini yoxladı, belə çıxırdıki, olan-qalanını verməkdən savayı şamyeməyindən də keçməlidir...

Çoxlu tamaşaçı vardı. Peter tanımadığı bu mediumunsəhnədə sərgilədiyi seanslara baxdığca gülməyi gəlirdi. Bunlar heç də dərin göstərilərdeyildi. Lakin buna baxmayaraq gələnlər çox böyük maraq və həvəslə hər şeyiseyr etməkdəydilər. Orada hər kəs yalnız özünəməxsus qeydləri bir kağız parçasına yazaraq mediuma verir, o isəhəmin kağızı açmadan önündəki ocağa atır və orada yazılanlar haqqında ucadanməlumat verirdi.

Peter də belə bir kağızı meduma ötürdü və növbəonun qeydinə çatanda aktyor yazılanlarıbelə elan etdi:

– Cənab Hurkosdan məktub. O bildirir ki, məndən daha yaxşı mediumdur. Eybi yox, gəlin,bizə öz istedadınızı göstərin!

Bəli, bu, sınaq məqamıydı. İndi də irəliçıxmasaydı,bəs bunu nə vaxt edəcəkdi? O tələsmədən səhnəyə çıxdı. İnsanlartanımadıqları bir şəxsi qarşıalrındagördülər – xüsusi, cəlbedici geyimdə olmayan, aktyorlar kimi müxtəlif yardımçıjestlər etməyən birisini...

– Sizinmetodunuz nədir?

Hurkos cavab verdi:

– Mən əşyalaratoxunmaqla gizlinləri görürəm...

Bu zaman medium Hurkosa bir medaleon uzadaraqnümayişkaranə şəkildə cavab gözləməyə başladı. Lakin onun gözləməyə belə imkanı qalmadı. Çünki tanınmasa dafenomen qabiliyyətə malik Hurkosmedaleonu əlinə alan kimi dilləndi:

– Medaleonuniçərisində bir qadına məxsus sarışın saç gizlədilib. Lakin bu, sizinxanımınızın deyil. Onun adı Qretadır. Siz həmin qadını da özünüzləşəhərdən-şəhərə gəzdirirsiniz və həminxanım bu zalda oturub.

Seanslar göstərən adamın üzündəki şübhəli təbəssümbir anda yox oldu, cəld medaleonu alıb ona bəsirət gözüylə baxan Peterdənsəhnəni tərk etməsini istədi. Hurkos da gəldiyi kimi, sakit addımlarla yerinəqayıdarkən gənc, sarısaç bir qadınınyanında ayaq saxladı, bir əlini onun çiyninə qoyaraq hər kəsin eşidəcəyi birtonda tamaşaçılara səsləndi:

–Qreta buxanımdır! Onun titrəyişi ilə medaleondakı saçın titrəyişi biri-birinə uyğundur!

Üzü qızaran gənc qadın bu sözlərdən sonra qaçaraqsalondan çıxdı. Və bu zamanadək təəccüb və həyəcanlarını içlərinə qısabsaxlamış tamaşaçı kütləsi birdən-birənəfəslərini dərib Hurkosu qızğın alqışlarla mükafatlandırdılar. Çünki bu cür gizlinləri belə açıq şəkildə üzə çıxarmaqsıradan bir iş deyildi. Kimsə bu seansdaşübhə ilə yanaşa biləcəyi bir nöqtə belə tapmamışdı. Doğrudan da bu fenomen bir bacarıq idi. VəHurkosun özü də sanki həmin an birmedium kimi həmin bacarığını tam mahiyyətiylə kəşf etmişdi. Bəlkə də ilk dəfə belə seanslarla özünü maddi cəhətdənkeçindirə biləcəyini ağlından keçirməsi də bunula bağlıydı…

                                           O, KİMSƏDƏNÇƏKİNMİRDİ

Bu hadisədən sonra onu haqqında şəhərin hər yerindədanışılmağa başladı. Göstərdiyi qısaseans mərhələ-mərhələ təsvir edilir, hətta insanların şəxsi fantaziyaları beləorada özünə yer tapırdı. Və bundan sonraPeter Hurkos üçün şəhərdə seans təşkiletmək, kütlə qarşısında çıxış etmək xeyli asanlaşdı. Çünki daha kimsəyəsübut eləmək lazım deyildi ki, o hansı bacarıqlara malikdi. Artıq gəzən söhbətlər bu maneələri layiğincədəf edirdi.

Göstərdiyi seanslar ilə yanaşı, onun həm dəitgin düşmüş adamın, hansısa qiymətli əşyanın haqqında dəqiq məlumatverməsi və bunların müqabilində pul tələb etməməsi Peterə inanılmaz hörmət və şöhrətqazandırmağa başlamışdı. Və bu şöhrət bütövlükdə Hollandiyaya, yayılmağa başlamışdı.

Bununla belə o, öncəgörmə ilə bağlı söyləmələrə girişmirdi. Hurkos əsasən əşyalara təmas vasitəsiyləsahibi haqqında məlumatlar verirdi. Yəni, bioqrafların qeyd etdiyi kimi,Peterin əsas istedadı psixometriya idi. Və özünün dediyi kimi məqsədi insanlarayardım göstərməkdi. Amma bu beləcə asan idimi? "Bəzən insanlar mənialdatmağa çalışırlar. Amma unudurlar ki, kiməsə məxsus hər hansı bir əşyayatoxunduğum an mənim şüurumda reallıqda mövcud olan şəkillər yaranır. Və gördüklərimi söylməkdən də qorxmuram”.

İlk dövrlər onun üçün doğrudan da çətn idi. HəmAvropada bu cürüsullarla pul qazanmağa çalışan peşəkar möhtrəkirlər (Peterin düzlüyü onların işinəmane olmağa başlamışdı), həm də adi tamaşaçılar belə onda nəsə axtarırdılar. Odövrdəki seanslarının birində tamaşaçı hansısa qapı kilidinin açarını Hurkosaötürüb nümayişkarənə şəkildə soruşdu ki, açarın sahibi harada yaşayır. Mediumaçarı əlinə alandan az sonra dilləndi:

«Bu adam adimənzildə yaşamır. O kempiq qoşqusunda yaşayır və bu təkər üstündəki «evi»ona sevgilisi vermişdir…» Təlaşa düşmüş tamaşaçı əslindəHurkosun «qoşquda yaşayır» sözündən sonra aradan çıxmışdı və sonra deyilənləriheç eşitməmişdi də. Tamaşaçılarsa onu qızğın alqşılara bürümüşdü…

                                                       POLİSİN KÖMƏYİNƏ…

O Hollandiyanın başqa şəhərlərində də çıxışlar edirdi. Məşhurluğu artıq elə birsəviyyəyə çatmışdı ki, yerli polis təşkilatları aşkarlaya bilmədikləri ağırcinayət hadisələrinin üstünü açmaq üçün ona müraciət etmək məcburiyyətindəqalırdılar.

…1947-ci ildəkicinayət hadisəsinə cəlb olunmasını onun polisləilk mürəkkəb «əməliyyatı» adlandırmaq olar. Heç bir dəlil, sübut, şahid…olmayan cinayət hadisəsini polis xeyli müddət idi ki, çözüb bir yerə çıxara bilmirdi.Öldürülən adamın paltosunu əlinə alan Hurkos bildirdi ki, cinayətkar eynəkli,bığlı, ortaboyludur. Sol ayağı protezdəndir. O hətta cinayət alətinin haragizlədildiyini də söylədi… Deyilən bütün əlamətlərə əsasən qətli törədənitezliklə ələ keçirdilər və o hər şeyi boynuna aldı…

(Ardı qəzetin 2 dekabr sayında)

BABƏK YUSİFOĞLU

babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV