adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

HƏFTƏNİN SORĞUSU

BABƏK YUSİFOĞLU
55589 | 2012-12-21 11:29

İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütünsahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır.Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarınamalikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda,ümumiyyətlə, dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilməkistəməz ki? Amma...

Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında dahaçox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələrinsanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişətproblemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yeralır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkətedərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğukimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdənoxusun. Bəlkə bu, işin xeyirinə oldu...

VERDİYİMİZ SUALLAR:

- 1-ci sual: Deyilənlərə görə sabah (bu gün) dünyanın dağılacağı gündür.Özünüzü necə hiss edirsiniz? Qorxursunuzmu?

- 2-ci sual: Soyuqlar düşəndən sonra mənzilinzdə təbii qazın təzyiqiazalıbmı?

- 3-cü sual: Sizcə cəmiyyətdə haramla yaşayanlar çoxdur, yoxsahalallıqla?

1. - Vəkil: (aeroportda işçi) Köpək uşağı bu mayyalılardı-nədi, başlarıxarab olub. Özləri cəhənnəm, dünyanın da başını xarab eləyiblər. Kimidindirirsən dünyanın dağılacağından danışır. Çoxu özünü tox tutsa da əl altdanevinə şam, "produkt" alıb yığır. Şəxsən mən belə şeylərə inanmıram,özümü də yaxşı hiss eləyirəm. İnanın ki, heç bir qram da qorxmuram. Evdə arvadda dəng eləmişdi ki, bir az şey-şüy al, elə təpinmişəm ki, daha o da dinmir.

2. - Gərək hər şeyin haqqına danışasan. Başqa yerləri deyə bilmərəm,vallah, indi bizim qazlar əvvəlkindən də yaxşı yanır. Nə deyim, sağ olsunlar.

3. - Hə, indi halalla haramın qarışdığı zamandı. Heç nəyi ayırmaq,yerinə qoymaq olmur. Şəxsən mənə elə gəlir ki, halal dolananlar azdı. Çoxolsaydılar hamının güzəranı yaxşı olardı.

1. - Rza: ("super-market"də nəzarətçi) Camaat yaman qorxuyadüşüb. Amma çox şükür ki, hələlik təhlükəli bir şey görünmür. Fikirləşirəm ki,əgər deyilənlər doğru olsaydı, indidən nəsə hiss eləmək olardı. Belə döyül?Allahın köməyi ilə salamatçılıq olar. Mən qorxmuram. Onsuz da bir gün yaranan,bir gün öləcək də...

2. - İnanın ki, ona heç fikir verməmişəm. Amma deyim ki, yəqindəyişiklik baş verməyib. (gülür) Versəydi, arvad başlayardı danışmağa.

3. - Nə deyim, vallah. Elə halal adamlar da çoxdu, haramlar da. Bəlkə dəhesablasalar elə sayları bərabər çıxar.

1. - Adını söyləmədi: (gözəllik salonunun işçisi) (gülür) Bundan o qədərdanışıblar ki, adamı vahimə basır. Özü də söhbət təkcə orda-burdadanışılanlardan getmir. Axır vaxtlar televiziyalarda da hər gün həmin məsələnimüzakirə eləyirlər. Təkcə bizimkilər yox, elə türk kanallarında da qiyamətdəndanışırlar. Ona görə də istər-istəməz adam qorxur. Allaha çox şükür ki, hələlikbir şey yoxdur. Nə gizlədim, mən qorxuram. Belə şeydən kim qorxmaz ki?..

2. - Bizim evdə qaz elə əvvəlki kimi gəlir. Göz dəyməsin, əvvəl biz dəelə bilirdik ki, azalacaq. Çünki keçən il belə olmuşdu. Amma bu il yaxşıdı,azalmayıb.

3. - İndi heç bilmək olur ki. Hərşey qarışıb... Şəxsən mənə görə haramçılıq eləyən adamlar indi daha çoxdu.Ətrafda o qədər şeylər görürük ki.

1. - Adil: (taksi sürücüsü) Elə, dünya dağılsa yaxşıdı. Belə yaşayışolar? Mən ali təhsilli adamam, yaşım da 60-a az qalıb. Əvvəllər yaxşıişim-gücüm vardı - sovetin vaxtında. Sonra hər şey bərbad oldu. Neçə illərdiailəmi dolandıracaq işim olmadığı üçün məcbur qalıb taksavatlıq eləyirəm.Səhərdən axşamacan rulun dalındayam, amma yenə də ortalıqda bir şey yoxdu. Ammaöz adını düz-əməlli yaza bilməyənlər indi iş başındadır. Qorxmağa gəlincə,deyim ki, heç nədən qorxmuram. Qorxacaq nəyim var ey?..

2. - Yox, babatdı.

3. - Bizim cəmiyyətdə haramla yaşayanlar daha çoxdu. İndi elə bir dövrgəlib çatıb ki, halallıqla dolananlara, alın təriylə pul qazananlara rişxəndeləyirlər. Vallah, inanmayacaqsız, mən adam tanıyıram ki, qan-qarğışlaqazandığı pulla Həcc ziyarətinə də gedib. Buna nə deyəcəksiz?

1. - Nərgiz: (özəl şirkət işçisi) Özümü yaxşı hiss eləyirəm, amma az daolsa narahatlığım var. Bu qiyamət günündən o qədər danışıblar ki, adam özü-özündən xoflanmağa başlayıb.İnşallah heç nə olmaz.

2. - Bir-iki gün azaldı. Amma indi pis gəlmir. Yaxşıdı...

3. - Nə deyim, çox çətindi buna cavab vermək...

1. - Sabir: (taksi sürücüsü) Özümü lap bomba kimi hiss eləyirəm.Maşınımın bir təkərində problem var. Onu da yoluna qoya bilsəm, lap əla olacaq.Danışılan bu boş-boş söhbətlərəsə mən baş qoşmuram. Hər şey qurban olduğumunəlindədi. Özü yaradıb, özü də nə vaxt lazım bilsə dağıdacaq. Guya biz qorxsaqnə olacaq, qorxmasaq nə olacaq.

2. - Qazımız bir az zəifləyib.Onsuz da hər il belə olur. Buna da şükür. Yaxşı ki, onu da verirlər.

3. - Müəllim, guya siz bunu bilmirsiz? Bilmirsizsə dönün bir oyanınıza-bu yanınıza baxın. Görün nə qədər haramçılıqlar eləyirlər. Halal dolananları indi bəyənmirlər. Deyirlərki, filankəs nə kişidi, filan şeyləri yoxdu. Elə bilirsiz, halal adamlarınhörməti var? Ay-hay...

BABƏK YUSİFOĞLU

[email protected]

TƏQVİM / ARXİV