adalet.az header logo
  • Bakı -°C

Gözünüzə su verin... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
40 | 2026-09-14 09:00
A- A+

Bizi dünyaya tanıtdıran tarixi şəxsiyyətlər, alimlər, yazıçılar, şairlər, jurnalistlər, bir sözlə, mədəniyyət və incəsənət xadimləridir. Heç şübhəsiz ki, onların varlığı bir xalqın, bir millətin varlığı, yaşamı deməkdir! Amma onlar da dünyasın dəyişəndən sonra  millət və xalq da o dahi insanları unutmalı deyil! Əgər unudurlarsa, çox təəssüf!!! Görünən budur ki, ilk  növbədə həmin tarixi şəxsiyyətlər öz vətənlərində  yaddan çıxmamalıdı!  

Ancaq neynəmək olar ki, bu böyük insanlar  öz vətənlərində  unudulurlar. Ölüm qorxulu deyil, unudulmaq qorxuludur! Füzuli rayonunda da çox istedadlı və daha şəxsiyyətləri olub  və bu gün də var! Lakin onların heç olmasa, birinin yaradıcılıq gecəsi keçirilmir! Bələk keçirilir, biz bilmirik! Elman Məmmədov mədəniyyət şöbəsinin müdiri vəzifəsində işləyəndə səhv eləmirəmsə, belə tədbirlər olurdu, ancaq indi olmur.

Füzulu Rayon Mədəniyyət Şöbəsinin müdirinin diqqətinə  çatdırırıq: Seyid  Şuşinskinin, Ağabala Abdullayevin, İslam Rzayevin, Süleyman Abdullayevin, Nizami Abdullayevin, İlyas Əfəndiyevin, Elçinin, Seyran Səxavətin, Əşrəf Veysəllinin, Vaqif Bəhmənlinin, Nemət Veysəllinin, Mahmud Qacarın, Mətləb Misrin, Oruc  Sədanın, Şükür Şənolun, Rəşad Süleymanovun, Fehruz Atakişiyevin, Məcnun Namazəliyevin ... yaradıcılıq gecələri  niyə keçirilmir??? Onları kim yada salamalı, kim xatırlamalı və kim xalqa sevdirməlidir??? Əlbəttə, aidiyyəti dövlət qurumları və o cümlədən rayon  mədəniyyət şöbəsi! Amma qonşu Ağdam rayonunda bu ənənə yaşayır və mədinyyət , incəsənət xadimlərinin davamlı olaraq yaradıcılıq gecələri təşkil edilir. Özü də yüksək səviyyədə! Hələ mən yeni kitabları çapdan çıxmış yazıçı, şair, jurnalist, publisistlərlə görüşləri demirəm... Ağdamda şair və yazıçılarlar görüşlər çox möhtəşəm keçirilir.

Gözünüzə su vein ey! Görün , ağdamlılar öz ziyalılarına  hansı sevgini göstərir! Yaxşıdan yaxşı şey öyrənmək lazımdır!  Bəlkə bu sözlərim Füzulinin  bəzi  vəzifə sahiblərinin  xətrinə  dəydi!  Xətirlərinə dəydisə, soyuq su içə bilərlər. Kabinetdə oturmaqla iş düzəlmir.Xalqa xidmət edən insanları yada salmaq  və bir daha xalqa sevdirmək lazımdı, cənablar! Düşünürük ki, bu, o qədər  də çətin iş deyil! Əgər biz adını çəkdiyimiz o dahi şəxsləri unuduruqsa, deməli, keçmişimizi, bu günümüzü və sabahımızı yaddan çıxarmış oluruq!!!

  • Sentyabr:
  • 4
  • 11

TƏQVİM / ARXİV