Biz bir bəndə olaraq elə birmissiya daşıyırıq ki, onu Yer üzündəki bütün canlıların topası daşımır. Bunun xoşbəxt tərəfi olduğu kimi həm məsuliyyət və hətta hərdən düşünürəm ki, bədbəxtlik tərəfi də kifayət qədərdi. Ona görə dəbu "bədbəxtlik" sözünü ona görə vurğulayıram ki, kiçik bir səhv,xırda bir yanlışlıq bəzən yüzlərin, minlərin, hətta milyonların həyatı hesabınaötüşür. Bir nadanın atdığı çaxmaq, bir kütbeyinin, yaxud özündənrazının çılpaqlığı yanğınlara, müharibələrə, qarşıdurmalara aparır. Deməli, insan qoruduğu kimi, qurub-yaratdığı kimi, həm də uçurub dağıtmağa, tarımar etməyə meylli varlıqdı. Bax, bu mənada Yer üzünün əşrəfi sayılanın paralel olaraq həmdə Yer üzünün qatili olması birmənalıdı.
Böyük şairlərimizin, xüsusilə MəmmədAraz və Bəxtiyar Vahabzadənin təbiriylə desəm, bir əliylə qurub, bir əliylə uçuran, məndən keçdi qardaşıma dəydi deyən insan oğlu insandı. Biz də bu insan oğlu insanlardan biriyik. Odur ki, xeyirdə də, şərdə də yaxamızı kənara çəkə bilmərik.Bütün günahların bir damarı, bütün sevinclərin də bir xətti məhz bizlərin hər birindən gəlib keçir. Və bu da düşünən insanı bütün ömür boyu diqqət mərkəzində saxlayır. Axı, bizim içimizdə bir topa sual var. O sualların sırasına baxsaq,özümüz də bir balaca silkələnə bilərik. Belə ki, sualların düzülüşünə diqqət yetirin: Kim? Nə? Hara? Kimdən? Nədən? Haradan? Kim üçün? Nə üçün? Hara üçün? Və ən böyük sual Niyə???
Hə, bax elə bütün problemlər dəbu niyədədi. Və bu niyə də insanın özüdü - əməlidi, xidmətidi, nəfsidi,kimliyidi, əqidəsidi, məsləkidi, ürəyidi, əlidi... Bax, beləcə, bu suallar ətrafında günlərlə, aylarla, illərlə düşünə-düşünə günləri aylara, ayları illərə calayırıq. Bir az, bir az çox, bir az uğurlu, bir az uğursuz. Bu bir karvanyolu. Biz də o karvanın bir yolçusu,qoşulub gedirik sevincimizlə kədərimizlə birlikdə. Elə gedə-gedə də ya böyüyürük, ya kiçilib xırdalanırıq. Çünki biz zamanın dəyirmanının içərisindəyik axı. O dəyirman hamını üyüdür. Bir az narın, bir az girdə, bir az da ağnavazedir. Kimin bəxtinə necə düşə, düşə. Nə isə...
Bəli, bax, bu yükünü çəkdiyimizYer üzünün hansı qatında dayanmağımdan asılı olmayaraq, həmişə özü-özümə sualvermişəm:
- Bu yüklər, bu ağrılar nədən qaynaqlanır? Niyə gerçəyin önündə susmalı oluram? Haqqı etiraf etməyə çətinlik çəkirəm? Və yaxud da içimizdəki ağrını dilimizə gətirməkdə tərəddüdlüyük? Yəni bizim anlayış hissimiz bu qədər kütləşib? Axı əlimizə batan tikan, dərimizicızan kol özümüzdən asılı olmadan bir "uf" gətirir dünyaya. Dərhal o cızılan, o tikan batan yeri ovutmağa çalışırıq. Bax, elə öz həyatımın bir məqamınaüz tuturam. Gəlinim mənə ağrıkəsici iynə vuranda özümü nə qədər bərk tutsam da ufuldadım. Bu halım onu pərişan etdi. Yavaşca, sanki günahını yuyurmuş kimidedi:
- Əmi, iynə göynədəndi...
Üzünə baxıb gülümsədim... Amma yazdım da:
Sən vuran iynə göynətmir
Göynəyir ürək, Fəridə!
Allahın bütün zülmünü -
Eyləyir, ürək, Fəridə!
Baxıb, susub... içdə gülür
Bir əliylə gözün silir...
Ovcunun içi tək bilir -
Neyləyir, ürək, Fəridə!
Yaşıma, halıma baxıb
Fələk ta falıma baxıb!
Məni lap yandırıb yaxıb -
Kövrəlir, ürək, Fəridə!
Üzməsin bu halım səni
Fərəhdi ruhumun təni...
Kədər ta qorxutmaz məni -
Öyrənir, ürək, Fəridə!
Bəli, bu gerçək ağrı həmişəvar, ağrının dərmanı da təbii ki, ortadadı. Sadəcə, onu axtarıb tapmaq, görmək lazımdı. Əgər yaranın ağrısını ictimailəşdirsən nə dəyişəcək ki? Hər kəsin"ah"ı, "uf"u öz içinin yanğısıdı. O odda da elə yanmalısanki, tüstü bacadan düz çıxsın. Onu bir sən görürsən, bir yandıran, bir də Tanrı.Belə olan halda qəmli şeirdən tutmuş qorxunc nağıllara kimi hər şey gerçəklik kimi yaşanacaq. Çəkinməyəcəksən, ürpənməyəcəksən və hətta bəzən o şeirlər, o yaşantılar üçün darıxacaqsan. Və belə məqamda mən də könüldən-könülə olan bir yolla səni duyub sənə tərəf bir pıçıltı göndərəcəm və deyəcəm ki:
Ürəyimin durumu -
İndi qopmaq anıdı...
Sənə dilənən ömür -
Bil, torpağı sanıdı...
Sıxıram çırpıntılar
Yavaş-yavaş səngiyir...
Dolmuş baxışların da -
Vida üçün ləngiyir...
Bu kövrəlmək sevgiyə
Gülüm, deyil ki, əlbət...
Ölən Əbülfət ilə -
Ölür bu sevgi xəlvət...
***
Yeni ilin həyatımıza qədəm qoyduğu anlardan başlayaraq yaşananları qısa bir zamanın inkişaf xətti üzərində düzürəm. Necə deyərlər, bu son günlərin mənzərəsini yaratmağa, onun maliyyəçilərin dilində desək balansını çıxarmaq istəyirəm...Və çox qəribədir ki, son günlərin hamısı qayğı yüklüdü, sevincə, təbəssümə, könül rahatlığınabir-iki iynə boyu yer qala, qalmaya... Bax, budur gerçək! Və bu gerçəyin içərisində ayaqda durmaq, sənə sığınanları, sənin içindəkiləri ayaqda saxlamaq heç də asan deyil. Deyə bilərsiniz ki, təkbaşına mücadilələr həmişə çətin olur. Amma mən sizinlə razılaşmıram. Çünki hər birimizin içərisində öz mənimizin tərəfdaşı,ortağı var. Və biz də həmin o ortağımızın güvənini hiss edəndə bir az dayanmaq gücümüz artır. Çox təəssüf ki, bunu hər an hiss etmək, hər an yaşamaq mümkün olmur. Ümumiyyətlə, öz içində məni və o mənin yarısını görmək, ona tapınmaq özüdə fərqli bir istedad, fərqli bir bacarıqdı. Və biz də bu fərqli olanı hər birimiz özümüz kimi yaşayıb, özümüz kimi də aparırıq getdiyimiz hər yerə...
Təbii ki, içindəki mənin yarısıilə bütün ömür boyu birgə olmaq və bu birliyi sınaqlardan, əzablardan keçirmək,sevincinə qarışmaq şəxsən mənim üçün ən böyük arzu və savabdan biri sayılır.Ona görə də içimdəki mənin yarısını, əslində isə elə sənin özünü bu ömrə, bu həyata Tanrı yazıb, Tanrı nəsib edibdi. Mən də Tanrı yazısının pozulmazlığını zaman-zaman deyirəm, yazıram, təkrarlayıram.Hətta hərdən hissləri çilovlaya bilməyəndə yalvarışa da meyl edirəm.Açıq mətnlə kimsəni nəzərə almadan, nəyisə gözdən qaçırmadan az qala bəyanat şəklində vurğulayıram:
Yorulmuş ürəyimin
Dözümünü götür, gəl...
Qor olmuş diləyimin -
Çözümünü götür, gəl...
Dizim hər gün bükülür
İçim qat-qat sökülür...
Göyə dəyib tökülür -
Öz ünümü götür, gəl...
Gözüm yolu geyib ta
Gözümü yol yeyib ta...
Sən Tanrıya deyib ta -
Özülümü götür, gəl...
Daşam, ağacam, otam
Bizi yaradıb O tam!
Sənsiz buzlayır odam -
Köz ömrümü götür, gəl!
Zənnimcə, bu ismarıc, bu yalvarış məni, elə onun özünü də alçaltmır, kiçiltmir, xırdalamır. Ona görə ki, bu içdən gəlir. İçimdəki mənin yarısına doğru gəlir. Onu tamamlamağa, onu tam olmağa səsləyən bir çağırış kimiifadə olunur. Sadəcə, görmək istəyən mənim dediklərimi, yazdıqlarımı duyur,görür, istəməyən isə...
İndinin özündə belə yazdıqlarımın təsiri altında olmaqla bahəm, həm də bir az kənar adam kimi bu fikirlərə göz yetirirəm, saf-çürük edirəm. Oxucuya çatdırdığım məntiqin necə qarşılanacağını anlamaq istəyirəm... Və anlamağa çalışdığım istəklərin fonunda yenə mənzərə canlanır.
O mənzərə də bütövlükdə sevgidi! Birmənalı şəkildə anlayıram ki, sevgisiz heç nə mümkün deyil. Bunun daən böyük sübutu Allahın bəndəni sevgidən yaratmasıdı. Biz sevgidən yarandığımız üçün içimizdə beşikdən məzara qədər sevgi daşıyırıq. Hətta mən sənə yazmışam ki:
Sən ömrümdə tər çiçək
Bir tala, bir vər çiçək...
Sən olmaz ki, hər çiçək -
Sevgisiz!
Baxışında düzüm, nur
Elə bax ki, üzüm, nur...
İçilməz ki, süzüm nur -
Sevgisiz!
Tanrı sevgisi bələk
Mən əl açan, sən mələk...
Qoyma ölüm, mən fələk -
Sevgisiz!
Sən Tanrıda BİR Sən də
And yerim ol pir səndə!
Öləcək o sirr səndə -
Sevgisiz!
Bitir daha hovurum
Yazıq ömrü qovurum...
Tay nə qədər sovurum -
Sevgisiz!
Ruh ki kükrədi, coşdu
Əzabları da xoşdu!
Cənnət gerçəksə boşdu -
Sevgisiz!
Yəqin ki, bu şeirin də ovqatınakimsə fərqli baxacaq, nəsə qatmağa çalışacaq. Amma nə olur-olsun gerçəkduyğuların ifadəsini gizlətmək olmaz. Üstəlik həm də bu gerçək olanlar sevgidisə,özü də haqdan gələn sevgidisə, onu ümumiyyətlə görməmək mümkün deyil. Öz şəxsimdə zaman-zaman sınadığım bu məntiq məni bütün suallarla üz-üzə, baş-başa gətirdiyianda belə birmənalı olaraq haqdan gələnin qalib olduğunu, hakim olduğunu qəbul etmişəm və yazmışam ki:
Elə günüm
olmur ki,
olüb dirilməyim?
möcüzədi vallah
hər gün
ölməyim,
həm də dirilməyim -
Allah!..
Mən sənə sığınıb
ümidləndim -
ümidnən idim
üstündən qanadın
bir az yığılıb -
qoy kölgəndə
itim...
Allahım!
bəndə haqqımı
iynə ucu iddia
düşmür yadıma,
gəlmir ağlıma
sən
necə istəyirsən
elə də çıx axrıma,
Allahım!
Lap sürünə-sürünə
olsa belə
inanki,
dilənməyəcəm
ammasən birin
OBİR təki
gözyaşın
sevgikimi
bükəcəkdadıma...
***
Adətən bir mövzunun ipucundan başlayıb yol gedərkən sağdan, soldan və ümumiyyətlə hərtərəfdən hansısa təsirlər, hansısa yanaşmalar, bəzən basqılar daqaçılmazdı. Ona görə də istənilən yazı fikir qırıqlığı, söz dolaşıqlığı normal sayılır mənim üçün. Axı mən də bu cəmiyyətdə, bu camiyədə yaşayıram vəbaş verən hər şeyin əvvəldə dediyim kimi mənə də dəxli var. Onun uğurlu,faydalı hissəsi də zərərli, günahlı bölümü də mənim adımda zərrənin milyardlarda biri qədər etiva olunubdu...
Demək bu gerçək həm də düşünmək və düşündüklərini özünün həyat kredomda ifadə etmək müstəvisini də sərgiləyir.Ona görə də həyatın nə sualından qaçmaq lazımdı, nə də cavabından imtina etmək...Bunu ona görə xüsusi vurğulayıram ki, sual da, cavab da qaçılmazdı. Biz də oqaçılmaz olanın predmetiyik. Hətta bəzən silah meydanında oluruq...
Hə, sınandığımız, sevgisi və sevinci, əzabı və möhlətiylə bizi əhatə edən bu dünyanın bir iynə boyda hüceyrəsi olmaq heç də pis deyil. Təki olduğunu hiss edələr, yaxud da sən hiss etdirəsən.Bax, mənim sözümün canı, necə deyərlər, mustafası bundan ibarətdir. Axı bu həyat sevgidən doğulub və bu həyatın bütün canlıları da "Ol!"dan yaranıb.Elə bizim sevgimiz də!