Əhməd İsmayılov Rəşad Məcidlə görüşdü - FOTO
Sentyabrın 30-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüş keçirilib. Görüşdə media sahəsində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Adalet.az xəbər verir ki, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov medianın inkişafı istiqamətində atılan ardıcıl addımlardan, dövlətin bu sektora sistemli dəstəyindən, jurnalistlərin peşəkarlığının artırılması, beynəlxalq təcrübənin mənimsənilməsi sahəsində görülən işlərdən danışaraq Mətbuat Şurası ilə birgə layihələrin icrasında maraqlı olduğunu vurğulayıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, medianın inkişafı ilə bağlı görülən işlər Azərbaycan mətbuatının, ölkəmizdə jurnalist peşəsinin gələcəyinə olan ümidləri əhəmiyyətli dərəcədə artırır. Bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Rəşad Məcid birgə əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib.
Görüşdə gələcək perspektivlər və səmərəli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

