“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
Son günlər Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetlərində, habelə “BBC” yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatında deyilir:
"Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.
Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.
Bir daha adı çəkilən media qurumlarını (“The Independent”, “The Guardian” və “BBC”) bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik".
Digər Xəbərlər
01 Oktyabr 2026 19:38
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTOLAR
01 Oktyabr 2026 18:48
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
01 Oktyabr 2026 17:41
"Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev
01 Oktyabr 2026 16:39
AQEM-in Media Forumu keçirilib - FOTOLAR + YENİLƏNİB
01 Oktyabr 2026 16:18
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
01 Oktyabr 2026 14:51
"Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır"
01 Oktyabr 2026 12:03
"Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir" - Sədaqət Qəhrəmanova
01 Oktyabr 2026 11:10


Bakı -°C

