“Zelenskiyə sui-qəsd müharibənin bitməsi deyil...” – Politoloq
“Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd təşkil olunub. Moldovadan havaya qalxan prezident təyyarəsini PUA hədəfində olub. V.Zelenskinin fiziki olaraq aradan götürülməsi müharibənin bitməsi deyil. Ümumiyyətlə, bu müharibə V.Zelenskiyə miras qalıb. Müharibəni V.Zelenski başlamayıb ki, onu aradan götürülməsi müharibənin bitməsi ilə nəticələnməsi polimikadi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Ukrayna prezidentinə sui-qəsdin təşkil edilməsi nəzərləri Moskvaya yönəldir:
“Ümumiyyətlə, Ukrayna-Rusiya müharibəsi Avropa-Rusiya müharibəsi mərhələsinə keçib. Ona görə də burada həlledici qərarlar Kiyev və Vaşinqtonda verilmir. Bu müharibə London, Paris və Berlin üçbucağında qərarlaşıb. V.Zelenskinin aradan götürülməsi müharibənin bitməsi deyil, daha da aktiv fazaya keçməsi ola bilər. V. Zelenskinin özünə qarşı sui-qəsdə cavab verməsi də istisna deyil”.
Onun sözlərinə görə, Rusiya Avropa ölkələrinin təhlükəsizliyini təhdid edən yanaşmalar ortada qoyub:
“Almaniya və digər Avropa ölkələrində partlayışlar və dron hücumları həyata keçirilir. Onu da deyim ki, Rusiya Avropanı zəiflətmək və şərqini nəzarətə götürməyi planlaşdırır. Amma, Kremldə planlaşdırma keçmiş SSRİ vaxtından qalsa da, hər şey plan üzrə getmir. Hazırda Rusiya ciddi böhranla üz-üzə qalıb. Rusiya prezidentinin bu müharibəni necə bitirəcəyi ilə bağlı aydın mövqeyi yoxdur. Eskalasiyanın hər gün artması müharibənin Ukraynanın sərhədlərinin aşmasına gətirib çıxara bilər. Bir sözlə, Moskva Avropaya elan edilməmiş müharibəyə başlayır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Sentyabr 2026 09:52
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
10 Sentyabr 2026 18:25
Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdü - FOTO
10 Sentyabr 2026 16:55
Bayramov Aİ rəsmisi ilə görüşdü
10 Sentyabr 2026 15:55
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi
10 Sentyabr 2026 13:46
Əli Əsədov Dünya Bankının regional direktoru ilə GÖRÜŞDÜ
10 Sentyabr 2026 12:17
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - FOTOLAR
10 Sentyabr 2026 11:12
Prezidentdən büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı FƏRMAN
10 Sentyabr 2026 10:18


Bakı -°C

