“Azərbaycan İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır”
“İsrail parlamenti qondarma erməni soyqırımını tanıyarsa, Azərbaycan İsraildən səfirliyini geri çağırmalıdır. İlk növbədə bu qərar Azərbaycan -Ermənistan normallaşma prosesini hədəfə alır. Görünür, İsrailin Baş naziri 40 günlük İsrail -İran müharibəsində Azərbaycanın İrana humanitar yardımı və Prezident İlham Əliyevin hər həftə M. Pezeşkianla telefon danışığını unutmaq istəmir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, deyib ki, İsrailin Baş naziri B.Netanyahu Qəzzada soyqırım həyata keçirib:
“Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayətkar kimi rəsmi şəkildə tanınıb və həbsinə order verilib. Belə bir cinayətkar baş nazirin tarixdə olmayan qondarma bir soyqırımını tanıması absurddur.Ermənistan hakimiyyətinin imtina etdiyi soyqırım iddialarını tanımaq İsrailə müsbət nəticə verməyəcək. İsrailin Baş naziri müharibə cinayətkarıdı və rəsmi Bakı bu cinayətkar hökumətlə siyasi əlaqələri aşağı səviyyəyə endirməsi labüddür. Türkiyə ilə Azərbaycan strateji və qardaş müttəfiqdir. İsrailin qondarma erməni soyqırımını tanıması təkcə Türkiyəyə qarşı deyil, bu Azərbaycana qarşıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Iyun 2026 11:29
"Maliyyə sistemi məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərir” - Nazir
30 Iyun 2026 11:02
Bu gün Milli Məclisin növbəti iclası keçirilir
30 Iyun 2026 10:10
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - Politoloq
30 Iyun 2026 09:30
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi..."
30 Iyun 2026 09:14
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
29 Iyun 2026 20:10
Azərbaycan Korsika ilə bağlı qanunu dəstəklədi
29 Iyun 2026 19:31
"Kibertəhlükəsizlik sahəsində risklərə hazır olmalıyıq" - Birinci vitse-prezident
29 Iyun 2026 19:27


Bakı -°C

