"Maliyyə sistemi məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərir” - Nazir
“2025-ci ilin dövlət büdcəsinin icrası göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf kursu mürəkkəb qlobal iqtisadi şəraitdə belə ölkəmizin dayanıqlı inkişafını, maliyyə sabitliyini və vətəndaş rifahının yüksəldilməsini təmin edib”.
Adalet.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, son illərdə dünyada geosiyasi gərginliklərin, logistika zəncirlərində pozuntuların, enerji və ərzaq bazarlarındakı dəyişkənliyin davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub, dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərib.
“Bu nəticələrin əsasında fiskal intizamın gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasına davamlı diqqət dayanır. 2025-ci ildə dövlət və icmal büdcələr müəyyən edilmiş prioritet istiqamətlərin, sosial təminat tədbirlərinin, ölkənin iqtisadi inkişafının, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin, işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması tədbirlərinə yönəldilməklə icra edilib və hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsi təmin edilib”.
Digər Xəbərlər
30 Iyun 2026 12:02
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
30 Iyun 2026 11:39
Azərbaycan Ukrayna ilə memorandum imzalayacaq
30 Iyun 2026 11:02
Bu gün Milli Məclisin növbəti iclası keçirilir
30 Iyun 2026 10:18
“Azərbaycan İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır”
30 Iyun 2026 10:10
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - Politoloq
30 Iyun 2026 09:30
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi..."
30 Iyun 2026 09:14
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
29 Iyun 2026 20:10


Bakı -°C

