91 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib - Nazir açıqladı
2022-2026-cı illər ərzində təşkil olunmuş imtahanlarda 104 435 müəllim iştirak edib.
Adalet.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim – Keyfiyyətli Təhsil" mövzusunda tədbir zamanı deyib.
Nazirin sözlərinə görə, sözügedən müəllimlərdən təxminən 60 818 müəllimin əməkhaqqına 10% əlavə edilib. Yüksək nəticə göstərmiş 30 590 müəllimin maaşı 35% artıb.
Ümumilikdə isə 91 408 müəllimin əməkhaqqına əlavələr edilib.
E.Əmrullayev qeyd edib ki, hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.
Nazir həmçinin qeyd edib ki, bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırma prosesinə cəlb olunublar.
Digər Xəbərlər
21 Avqust 2026 19:10
MİQ-in müsahibə mərhələsi başlayır - Bu tarixdə
21 Avqust 2026 17:00
Məktəbli forması ilə bağlı valideynlərə ÇAĞIRIŞ
21 Avqust 2026 16:48
AzTU tələbələri ABŞ-də 6 medal və xüsusi mükafat qazandı
20 Avqust 2026 12:20


Bakı -°C

