İlin sonuna qədər Azərbaycan ilk vaksinini istehsal edəcək
Azərbaycanda ilk dəfə olaraq bu ilin sonunadək yerli baytarlıq vaksininin istehsalına başlanılması planlaşdırılır. Bunlar quduzluq xəstəliyinə qarşı tətbiq olunacaq və tamamilə Azərbaycan istehsalı olan vaksinlərdir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trendə müsahibəsində deyib.
Onun sözlərinə görə, “Rabisafe” adlanan bu vaksinlər Qida Təhlükəsizliyi İnstitutunun Qubadakı istehsal müəssisəsində hazırlanır:
"Gələn ildən etibarən Azərbaycan quduzluğa qarşı həm vəhşi heyvanlar, həm də ev heyvanları arasında aparılan vaksinasiyanı öz istehsalı olan preparatlarla həyata keçirəcək. Bu məqsədlə, xüsusilə vəhşi heyvanlar üçün aldadıcı yemlər vasitəsilə vaksinasiya aparılacaq. İstehsal edilən bu vaksinlər beynəlxalq standartlara tam uyğun olduğundan, gələcəkdə onların digər ölkələrə ixracı da nəzərdə tutulur".
Sədr, həmçinin bildirib ki, gələcəkdə heyvandarlıq və quşçuluq sahəsində digər preparatların da istehsalı nəzərdə tutulur.
Qoşqar Təhməzli qeyd edib ki, qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan ən mühüm tədbirlərdən biri işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında dabaq xəstəliyindən azad zonaların yaradılmasıdır:
"Bu məqsədə nail olacağımız təqdirdə həmin zonalarda qeydiyyata alınmış təsərrüfatlarda dabaq əleyhinə vaksinasiya aparıldıqdan sonra istehsal olunan heyvandarlıq məhsullarının dünyanın müxtəlif ölkələrinə ixracı mümkün olacaq".
Digər Xəbərlər
30 Iyun 2026 11:58
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
30 Iyun 2026 11:57
“Uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyi artırılacaq” - Nazir
30 Iyun 2026 10:04
Dəniz suyu nümunələri hər həftə analiz edilir
30 Iyun 2026 09:12


Bakı -°C

