adalet.az header logo
  • Bakı -°C
30 Iyun 2026 10:28
60
MARAQLI
A- A+

“Ağıl insanın mütləq varlanacağına zəmanət vermir”

“Materialist insan kasıba "Əgər bu qədər ağıllısansa, niyə kasıbsan?", spiritual insan isə varlıya "Əgər bu qədər müdriksənsə, bu qədər var-dövləti nə üçün toplamısan?" sualını verir. Əslində hər iki sual eyni yanlış düşüncədən qaynaqlanır. Hər iki tərəf insanı tək bir meyarla qiymətləndirir. Ağıl insanın mütləq varlanacağına zəmanət vermir”.

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, bunun üçün ağılla yanaşı, zəhmət, qarşıya çıxan fürsətlər, ailə və qohum dəstəyi, dost çevrəsi, peşəkar əlaqələr, düzgün zamanlama və bəzən də şans mühüm rol oynayır:

“Digər tərəfdən, böyük sərvətə sahib olmaq da insanın mənəviyyatdan uzaq olduğunu göstərmir. Əksinə, böyük sərvət yaratmaq, onu səmərəli idarə etmək və uzun illər qorumaq əksər hallarda yüksək intellekt, uzaqgörənlik, nizam-intizam və məsuliyyət tələb edir. Deməli, ağıllı olub kasıb olmaq da mümkündür, müdrik olub varlı olmaq da. Əlqərəz, insanları nə çox puluna görə, nə də pulsuzluğuna görə mühakimə etmək düzgün yanaşma deyil. Ən doğru meyar onların cəmiyyət üçün yaratdığı dəyər və bu nəticəyə hansı yolla çatmasıdır”.

Vasif ƏLİHÜSEYN