adalet.az header logo
  • Bakı -°C

Yaman kövrəldim... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
118 | 2026-06-13 15:37
A- A+

 İyunun 13- də ümumtəhsil məktəblərində keçirilən " Son zəng" ə baxıb çox kövrəldim... Hətta qəhərdən gözlərim doldu... Bütün məzunları təbrik eləyirəm! Bu il mənim qardaşım nəvəsi Mirvari də məzun oldu! O, buraxılış və qəbul imtanlarını uğurla  verib. Allah qoysa, seçdiyi ali məktəblərdən birinə qəbul olar! Qardaşım nəvəsinə də uğurlar diləyirəm ...

Və bu son zəng məni uzaq bir keşmişə- nağıllar aləminə qaytardı. Bu bizim " Son zəng" idi.1973- cü ilin " Son zəngi" ! Füzuli rayonunun Böyük Bəhmənli kəndi və məktəbimizin həyəti... Biz səsimiz titrəyə-titrəyə danışırıq. Arzularımızdan , gələcəyimizdən danışırıq. Həkim, müəllim, jurnalist, mühəndis, aqronom olacağımızı deyirik... 90 məzunun hamısı böyük ümidlə yaşayır.

Amma bizi nələr gözlədiyini Allahdan başqa heç kim bilmir... Və qayğısız, ürəyidolu biz məzunları daha çox müəllimlərimiz başa düşür. Direktorumuz Əvəz müəllim, Cəlal müəllim, Həqiqət müəllimə, Balaca müəllim, Ənvər müəllim, Cəmil müəllim, Qəzənfər müəllim,  Cavanşir müəllim, Mətləb müəllim, Əkbər müəllim, Həşim müəllim, Məhəmmədəli müəllim Məcnun müəllim... diqqətlə bizə baxır... Sinifimizin ən dəcəl uşağı olan Təvəkkülün oğlu Şiraslan da bu gün quzuya  dönüb... Və hamımız həddindən artıq  kövrəlmişik...

Hamı bizi alqışlayır... Hamı bizə sevgiylə, ümidlə baxır... Poçtalyon Bahadur kişinin oğlu Fazil müəllimin rəhbərliyi ilə hazırlıdığımız səhənəciyi biz oynayandan sonra hamı uğunub gedir. Hətta son dərəcə ciddi olan və bizim hamımızın qorxduğu  Əvəz müəllimin də dodaqları qaçır, çöhrəsi gülür... Mən başqalrından fərqli olaraq  dördüncü sinifə  qədə " A" sinifində , beşincidən onuncu sinifə kimə " B" sinifində  oxumuşam.

Əslinə qalanda ürəyim " A" da , özüm " B " sinifində idim... Görün o vaxtdan bəri nə qədər vaxt ötüb... Artıq 70 yaşımız var . Nə qədər kədərli olsa da , sinif yoldaşlarımızın çoxunu itirmişik... Ədaləti, Yusifi, Davudu, Minəni , Zakiri, Şiraslanı, Dilavəri, Veyəsli...ititmişik.İndi kim qalıb ey! Nə yaxşı ki, sağ qalan sinif yoldaşlarım var! Zülfüqar var, Təbriz var, Rəfail var, Barat var, Yavər var... Onları görəndə gözlərimə işıq gəlir, yeni nəfəs gəlir...  

Xüsusilə də, Rəfail tam başqa dünyanın adamdı... Elə bil ki, bu dünya bizim  üçün bir nağıldı. Əgər nağıl olmasaydı, dünyasın dəyişmiş sinif yoldaşlarımız nagıla dönməzdi... Elə bizim özümüz də 70- i haqlamışıq...Yəni biz də  artıq yavaş-yavaş nağıla dönürük:" Biri vardı, biri yox..." Və buna görə yaman kövrəlirəm!!!

TƏQVİM / ARXİV