Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşdi
Cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində tədrisin təşkili, Pedaqoji Şuranın tərkibi və səlahiyyətləri ilə bağlı yeni qaydalar müəyyənləşib.
Adalet.az xəbər verir ki, bu, “Cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə”də əksini tapıb.
Əsasnaməyə əsasən, Pedaqoji Şura müəssisənin ali idarəetmə orqanı olacaq. Şuranın tərkibinə müəssisənin direktoru, tədris və təlim işləri üzrə direktor müavini, baş usta, müəllimlər, istehsalat təlimi ustaları, eləcə də cəzaçəkmə müəssisəsinin rəhbərliyinin nümayəndələri daxil ediləcək.
Şura peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin artırılması, təhsil proqramlarının təkmilləşdirilməsi, yeni ixtisasların açılması və tələbə qəbulunun əmək bazarının tələbatına uyğunlaşdırılması ilə bağlı qərarlar qəbul edəcək.
Bununla yanaşı, təhsilalanların əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsi, ümumi və peşə kompetensiyalarının inkişaf etdirilməsi, ömürboyu təhsil imkanlarının genişləndirilməsi istiqamətində təkliflər müzakirə olunacaq. Cəzaçəkmə müəssisələrində peşə təhsili proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılacaq.
Qaydalara əsasən, Şura üzvlərinin səsvermə zamanı bitərəf qalmasına icazə verilməyəcək. Qərarlar iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul ediləcək. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici olacaq. Şuranın iclasları tədris ili ərzində azı dörd dəfə keçiriləcək. Növbədənkənar iclaslar Şura sədrinin təşəbbüsü və ya üzvlərin azı üçdə birinin yazılı müraciəti əsasında çağırıla biləcək.
Qəbul edilən qərarlar müəssisənin direktoru tərəfindən təsdiqlənəcək və onların icrası müəssisə və onun rəhbəri üçün məcburi olacaq. Eyni zamanda, Şuranın qanunvericiliyə zidd və ya prosedur pozuntusu ilə qəbul etdiyi qərarlar müəssisənin tabe olduğu dövlət orqanı tərəfindən ləğv edilə biləcək. Şuranın qərarlarından inzibati qaydada və ya məhkəməyə müraciət etməklə şikayət vermək də mümkün olacaq.
Digər Xəbərlər
02 Noyabr 2026 13:03
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
02 Noyabr 2026 11:28
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan etdi
30 Oktyabr 2026 17:14
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib
30 Oktyabr 2026 16:00
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
29 Oktyabr 2026 20:12
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub
28 Oktyabr 2026 23:57
Məktəbdəki insident nəzarətə GÖTÜRÜLDÜ - RƏSMİ
28 Oktyabr 2026 17:47
Şagirdin öldüyü məktəbə psixoloqlar cəlb olunub
28 Oktyabr 2026 10:23


Bakı -°C

