adalet.az header logo
  • Bakı -°C
30 Iyun 2026 10:07
95
DÜNYA
A- A+

"Benzin şirkətləri qiymətləri dərhal aşağı salmalıdır!" - Trampdan xəbərdarlıq

ABŞ-də benzinin pərakəndə satışı ilə məşğul olan şirkətlər yanacaq qiymətlərini dərhal endirməlidirlər.

Adalet.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. 

"Benzin pərakəndə satıcıları qiymətlərini dərhal aşağı salmalıdırlar! Neftin hazırda bir barelinin qiyməti 68 dollara  və aşağı düşdüyünü nəzərə alsaq, qiymətlər çox yüksəkdir".

O, satıcıların bu açıqlamaya tez bir zamanda cavab verməyə borclu olduğunu söyləyib. Tramp qiymətlərin süni şəkildə şişirdilməsinin qanunsuz olduğunu vurğulayıb. 

Prezident qiymətlərin aşağı salınması zərurətindən danışarkən əlavə edib ki, "Satıcılar bunu etməsələr, böyük problemlər yaranacaq".