adalet.az header logo
  • Bakı -°C
13 Iyul 2026 18:41
60
SİYASƏT
A- A+

Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

Baş nazir Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib.

Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Yan Sonders ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanın gömrük sistemində həyata keçirilən ardıcıl islahatlar barədə bəhs olunub, bu baxımdan beynəlxalq standartların tətbiqi istiqamətində ÜGT ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının modernləşdirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının təmin olunması ilə bağlı həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin regional və beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində gömrük əməkdaşlığının genişləndirilməsi, xüsusilə də Orta Dəhlizin inkişafı və tranzit potensialının gücləndirilməsi məsələlərinə toxunulub.

Görüş zamanı Azərbaycan ilə ÜGT arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov görüşdə iştirak edib.