adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

CƏHƏNNƏMDƏN CƏHƏNNƏMƏ…

BABƏK YUSİFOĞLU
59197 | 2013-01-09 10:38

Kiçikliyindən, böyüklüyündən asılı olmayaraq əllərinə düşən bütünfürsətlərdən yararlanıb Azərbaycana, eləcə dəTürkiyəyə zərbə vurmağı özlərininən birinci siyasətləri, ən başlıca işləri hesab edən ermənilər bu dəfə Suriyadagedən vətəndaş müharibəsindən faydalanmaq fikrinə düşüblər. Əvvəlcədən bildirimki, Suriyada prezident Bəşər Əsədə qarşı mübarizəyə qalxan insanlarınəksəriyyətindən fəqli olarq bu ölkədəyaşayan erməni əhalisi elə ilk günlərdən diktatorun tərəfini saxlamağabaşlamışdılar. Onlara elə gəlirdi ki, hakimiyyət tezliklə bütün etirazçılarısusduracaq, bu proseslərin təşkilatçılarını isə sərt şəkildə cəzalandıracaq.

Amma göründüyü kimi hadisələrin sonrakı inkişafı fəqli məcrada davametdi. Və hazırda ölkənin çox böyük bir hissəsi məhz müxalifət ordusununnəzarəti altına keçib. Hətta rejim üçün vəziyyət o dərəcəyə çatıb ki, paytaxtınözündə də mübarizə gedir. Rusiya, İranvə bir neçə dövlət istisna olmaqla beynəlxalq birlik də rejimin dəyişməsiniistəyir. Əsədin cəbhəsindən isə hər gün hansısa generalın və ya rütbəli,vəzifəli şəxsin qaçıb müxalifətə qoşulduğu xəbəri gəlir.

Belə bir vəziyyətdə olan Suriyadakı ermənilərin vəziyyəti heç də yaxşıgörünmür. Oradakı etnik ermənilər hazırda sığınmağa yer axtarırlar. Yerevan indi soydaşlarının bu faciəli, ağır vəziyyətindəndə öz pislikləri üçün yararlanmağa çalışır. Belə ki, oradan qaçmağa yeriqalmayan erməni əsilli ailələri Azərbaycanın işğal altında olan ərazilərindəyerləşdirməyə girişiblər. Çünki oralarda da, Ermənistanda olduğu kimi yaşamağakimsə qalmayıb. Və gəlmələrin hesabınademoqrafiq fəlakəti kompensasiya etməyə çalışırlar. Mətbuatın yazdığına görə,artıq bir neçə suriyalı ailəsi Azərbaycanın işğal altında olan ərazilərinəgətirilib.

Ermənilər hazırkı vəziyyətdənyararlanaraq Türkiyə-Ermənistan sərhədinin açılması məsələsini yeni kontekstdəgündəmə gətiriblər. Bədnam "Sürixprotokolları" ilə istəyinə nail ola bilməyən Yerevanindi də tələb edir ki, Suriyada müharibədən canlarını götürüb qaçan ermənilərinErmənistana quru yolu ilə gəlməsini təmin etmək üçün Ankara sərhədlərini açmalıdır. Ermənilər bunadaha çox diqqəti cəlb etmək üçün sosial şəbəkələrdə - Birləşmiş Ştatlarınprezident administrasiyasının internet saytında maştərək müraciət yerləşdirərəktəşəbbüs imzaları toplamağa başlayıblar.

Həmin müştərək ərizə 2013-cü il 5 yanvarda saytın "We the Peole" bölməsində yerləşdirilib. Orada bildirilir:"Suriyada 200 000 etnik erməni yaşayır. Onların böyük əksəriyyətiölkəsindən Ermənistana qaçmaq istəyir. Onlar Ermənistanda təhlükəsiz şəraitdəolacaq, yaşayış və iş yerləri ilə təmin ediləcəklər, uşaqları məktəbəgedəcəklər. (Ermənistanda suriyalı ermənilər üçün artıq məktəb vardır - red."Kafkazskiy uzel") Biz xahiş edirik ki, Türkiyə heç bir ilkin şərtirəli sürmədən Ermənistanla olan sərhədini açsın. Heç olmasa suriyalı qaçqınlardanötrü".

Artıq iki gün ərzində bu müraciətə imzasını verənlərin sayı 130 nəfərəçatıb. Erməni ekspertlərinin qənaətinə görə, ustalıqla düşünülən bu müraciətətezliklə daha çox insan qoşulacaq. Və bu problemin həllində müəyyən rol oynayabilər. Məlumat üçün bildirim ki, AğEvin internet saytına yerləşdirilən müştərək müraciətə bir ay müddətinə25 mindən artıq adam qoşulursa ərizə baxılması üçün ABŞ prezidentinə təqdimolunur. Mənbənin verdiyi məlumatda bildirilir ki, fevral ayının 4-ə kimiermənilərə daha 24.870 imza toplamaqlazımdır.

Əlbəttə, həmişə olduğu kimi erməni lobbisi pul paylamaqla bu qədər səsitoplaya bilər. Hətta Ağ Ev onların yalvarışlarını eşidib Ankaradan sərhəddinaçılması üçün xahiş də edə bilər. Amma bütün bunlar heç də o demək deyil ki,türklər ermənilərin bu tələbini yerinə yetirəcək. Ankara bir kərə yox, dəfələrlə sərhədi niyəaçmadıqlarının səbəbini açıq şəkildəbəyan ediblər. Və heç bir dövlətin də Türkiyəyə əmr, göstəriş verməyə hüququ vəhaqqı yoxdur.

Əslində barəsində söhbət açdığımız bu müştərək müraciətin özünün birfırıldaq, qurama iş olduğunu bilmək o qədər də çətin deyil. Situasiyadan və ermənilərin hazırkıdurumundan xəbəri olan hər kəs bilir ki, suriya ermənilərinə vəd olunan hər şeykökündən yalandır. Əgər Ermənistanda və ya qondarma "DQR"-da insanların doğrudan da işlə, evlə, şəraitlətəmin olunmasına, uşaqların normal şəkildə məktəbə getməsinə imkan varsa, ondaniyə ermənilər kütləvi surətdə yaşadıqları yeri tərk edərək bir parçaçörək üçün xaricə üz tuturlar?! Rəsmi dövlət strukturları belə Ermənistanıtərk edənlərin sayının ildən-ilə yüksəldiyini etiraf etməkməcburiyyətindədirlər. Ermənilər öz evlərinədəcə yaşamağı sürdürə bilmədiklərihalda suriyalı ermənilər qondarma "DQR"-də, Ermənistanda necə normalhəyat sürə bilərlər?! Onlar yalnız hava ilə yaşamağa gəlmirlər ki? Bu avantüradeyil, bəs nədi?

Bəli, onlar düşdükləri sosial-iqtisadi böhranı nisbətən səngitməkdənötrü hansı vasitə ilə olursa-olsun Türkiyə ilə sərhədlərin açılmasına, həttamüvəqqəti də olsa, nail olmaq istəyirlər. Ermənilərə görə, ilk addımdan sonraproblem xeyli yumşalacaq. Amma onlar kökündən səhv edirlər. Çünki sərhədməsələsi ilə bağlı həm ermənilərə, həm də bütün dünyaya lazım olan qəti mesajdəfələrlə verilib. Sadəcə, ermənilər suriyalı ermənilərin faciəsindən də özsiyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərirlər. Amma...İndi onlara aldanıb gələn suriyalılar varsa, buradakı ermənilərin niyəkütləıvi şəkildə xaricə qaçdıqlarını çox çəkməyəcək ki, öyrənəcklər. Vəcəhənnəmdən çıxıb cəhənnəmə düşdükləırinin fərqinə varıb hara gəldi getməkistəyəcəklər...

BABƏK YUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV