«Bütün yollar Şuşaya aparır»
30 illik həsrətdən sonra qovuşduğumuz Şuşanın bugününü görmək, onun yenidən necə doğma əllərlə həyata qayıtdığını izləmək çox qürurvericidi. Şəxsən mən artıq bir neçə dəfə ziyarət etdiyim Şuşaya hər səfərimdə qarşılaşdığım bu yeniliklərin təsirindən çıxa bilmirəm. Həmin aura məni bir az da ruhlandırır, bir az da bu torpağa olan dəli həsrətimi sanki bir seyrəlmə və yumuşalma qatır. Daha dəqiq ifadə etsək, sevincin qolu, qanadı şaxələnir, həsrət budanır...
Bir qələm adamı olaraq Şuşa ziyarətlərində qatıldığım Vaqif poeziya günləri artıq xatirəyə çevrilib. Amma bu xatirələr o qədər isti və doğmadır ki, onların aurasından uzaqlaşa bilmirəm. Və elə bil ki, hər sözdə, hər söhbətdə xatırlanan Şuşa ünvanı məni təkrar o yerə, o xatirələrə qaytarır.
Bugünlərdə kitabxanamı bəzəyən «Bütün yollar Şuşaya aparır» kitabı diqqətimi çəkdi. Ədəbiyyat adamlarının işğaldan sonra keçirilən ilk Vaqif poeziya günlərinin bir növü təəssüratı olan bu kitab həm də maraqlı yazıların toplusudur. Burada Azərbaycanın dəyərli ziyalılarının, yazıçı və şairlərinin, ictimai xadimlərinin fikirləri yer alıbdır. Onların arasında professor Vilayət Quliyevin, akademik İsa Həbibbəylinin, xalq şairləri Nəriman Həsənzadənin, Sabir Rüstəmxanlının, Vahid Əzizin, millət vəkili Rəfael Hüseynovun, eləcə də yazıçı və şairlərdən Səyyad Aranın, Elçin Hüseynbəylinin, Fərid Hüseynin, İbrahim İlyaslının, Təranə Vahidin, Elnarə Akimovanın və digərlərinin bir-birindən oxunaqlı, bir-birindən diqqət çəkən Şuşa sevdalı yazıları yer alıbdır.
Mənə elə gəlir ki, bu toplunu gözdən keçirmək yenidən Şuşaya qayıtmaq qədər maraqlıdır. Elə ona görə də mən «Bütün yollar Şuşaya aparır» toplusunu yenidən sizlərə təqdim etdim.
Əbülfət Mədətoğlu
Digər Xəbərlər
18 Dekabr 2025 10:42
Seyran Səxavət Füzuli dərdi İlə yoğrulmuş sözün səxavətidir - Şəmsi Qoca yazır
17 Dekabr 2025 09:58
Hay ver bizə, cənab leytenant…
16 Dekabr 2025 17:44
ŞƏRƏFLİ ÖMÜR, UNUDULMAZ İNSAN
16 Dekabr 2025 17:34
Tələt Qənbərov ədalətin və vicdanın simvolu
16 Dekabr 2025 15:28
Şəfəq Vilayətqızının ŞEİRLƏRİ
16 Dekabr 2025 09:36
Anar Ələkbərov Xalq yazıçısını evində TƏBRİK ETDİ
15 Dekabr 2025 14:46
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı
15 Dekabr 2025 11:16


Bakı -°C

