Bu il 3 dəfə əlavə maaş kimlərə veriləcək? - Vüqar Bayramovdan AÇIQLAMA
“Son günlər sosial şəbəkə vasitəsi ilə hər gün çoxsaylı sualların ünvanlandığını nəzərə alaraq qeyd etmək istərdik ki, bu il 3 dəfə əlavə maaşın ödənilməsi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən tənzimlənir. Həmin qərarla dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları müəyyənləşib”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib.
Millət vəkilinin sözlərinə görə, belə ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub:
“Eyni zamanda, həmin qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək”.
V.Bayramova görə, bu isə o deməkdir ki, əlavə maaşlar həmin kateqoriyalar üzrə dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilər üçün nəzərdə tutulub:
“Bu qurumlara isə ali, 1,2,3,4 və 5-ci kateqoriya dövlət orqanları aiddir. O baxımdan əgər sizin çalışdığınız qurum həmin kateqoriyalardan birinə (ali, 1,2,3,4 və 5-ci kateqoriyalar) uyğundursa və dövlət qulluqçusu deyilsinizsə və eləcə də qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işlərdə çalışırsınızsa o halda sizə ödəniş nəzərdə tutulacaq. Bütövlükdə, hər bir işçi çalışdığı qurumun mühasibatlığına müraciət edərək ödənişinin nəzərdə tutulub-tutulmamasını dəqiqləşdirə bilər”.
Nicat
Digər Xəbərlər
03 Yanvar 2026 16:49
Azərbaycan gübrə ixracından qazancını 45 %-ə yaxın artırıb
03 Yanvar 2026 16:11
Marketlərdə İndoneziya və Malayziyanın palma yağı - TƏHLÜKƏ!
02 Yanvar 2026 19:30
Azərbaycanın Pakistana 2 milyardlıq sərmayə qoyması müzakirə edilib
02 Yanvar 2026 11:27
“2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 14 faiz artaraq 83.6 milyard dollara çatıb”
01 Yanvar 2026 17:15
Pensiya artımları bu aydan hesablanacaq - VİDEO
01 Yanvar 2026 14:11
“Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə...”
01 Yanvar 2026 13:43
“Azərbaycan dünyada ilk 94, iqtisadi gücünə görə isə ilk 85 ölkə arasında təmsil olunur”
01 Yanvar 2026 13:38


Bakı -°C

