Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı
"Hazırda pensiyalar hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılır. Bu da yüksək məbləğli pensiyalarda baş verən artımlarla aşağı məbləğli pensiyalarda baş verən artımlar arasında ciddi fərqlərin yaranmasına gətirib çıxarır. Yeni islahatın əsas məqsədi bu sahədə optimallaşdırma həyata keçirməklə, pensiyaların alıcılıq qabiliyyətinin və vətəndaşların rifahının qorunmasını daha səmərəli şəkildə təmin etmək, pensiya artımlarında sosial ədalət prinsipini gücləndirməkdir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, bu məqsədlə pensiyaların və fərdi hesablarda toplanan pensiya kapitallarının indeksləşdirilməsində onların məbləğlərinə uyğun olaraq diferensial yanaşma tətbiq ediləcək:
"Başqa sözlə, artım pensiyanın və ya pensiya kapitalının məbləğindən asılı olaraq daha balanslı şəkildə həyata keçiriləcək. Orta aylıq əməkhaqqına qədər məbləğlərdə olan pensiyalar (hazırda 1174 manatadək olan pensiyalar, pensiyaçıların 90%-dən çoxu) hazırda olduğu kimi, müəyyən edilən indeksasiya faizi tam tətbiq edilməklə artırılacaq. Pensiya həmin məbləğdən yuxarı olduqda isə, yuxarı olan hissə əmsallar tətbiq edilməklə indeksləşdirilib artırılacaq. Pensiya kapitallarının da minimum aylıq pensiya təminatına imkan verən səviyyəyə qədərki hissəsi (46 080 manat) hazırda olduğu kimi illik inflyasiya göstəricisi tam tətbiq edilməklə, həmin səviyyədən yuxarı hissəsi isə əmsallar tətbiq edilməklə indeksləşdirilib artırılacaq. Beləliklə, yeni yanaşma pensiyaların və pensiya kapitallarının dəyərinin inflyasiya və iqtisadi dəyişikliklər fonunda qorunmasına, pensiyaçıların real gəlirlərinin və sosial rifahının təmin edilməsinə yönələcək.İslahatın əsas prinsipi daha çox sosial ədalət, daha güclü sosial təminat və pensiyaların alıcılıq qabiliyyətinin qorunması olacaq".
Digər Xəbərlər
30 Sentyabr 2026 14:40
Kartlarla bağlı yeni məhdudiyyət - İl ərzində 20 min manata qədər köçürmə etmək olacaq
30 Sentyabr 2026 12:29
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək
30 Sentyabr 2026 11:31
“Bu göstəriciyə görə Azərbaycanda dünyada ən yaxşı onluğa daxildir”
30 Sentyabr 2026 10:17
“Ona görə də məhdudiyyətin Azərbaycana dəqiq maliyyə təsirini hesablamaq...”
29 Sentyabr 2026 14:58
Rusiyadan Azərbaycana 1 milyondan artıq nağd pulun çıxarılması QADAĞAN EDİLDİ
29 Sentyabr 2026 10:27
2027-ci ildə minimum əməkhaqqı nə qədər ola bilər?
29 Sentyabr 2026 09:48
Manatın məzənnəsi ilə bağlı mühüm: Devalvasiya riski...
28 Sentyabr 2026 19:13


Bakı -°C

