"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
“AzerGold” QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib.
Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xalq yaradıcılığını əks etdirən milli ornamentlərdən istifadə olunub.
Sikkənin əsas kompozisiya elementlərindən biri XIX əsrin sonlarına aid Kəlbəcərin qədim xovsuz məfrəşinin ornamentidir. Məfrəş qədim xalçaçılıq texnikası ilə toxunan, məişət əşyalarının saxlanılması və daşınması üçün istifadə edilən ənənəvi xalça məmulatıdır.
Kompozisiyanı əhatə edən haşiyə isə Kəlbəcərin qədim arıçılıq ənənələrinə, məşhur dağ balına və bölgənin zəngin təbii resurslarına işarə edən arı pətəyi motivindən ilhamlanıb.
Kolleksiyanın digər diqqətçəkən elementi sikkənin yuxarı və aşağı hissəsində yerləşən 17 simmetrik xətdir. Bu xətlər ənənəvi sazın pərdələrini simvolizə etməklə Kəlbəcərin qədim aşıq sənəti və saz ifaçılığı ənənələrinə istinad edir.
Kəlbəcərə həsr olunan xatirə sikkəsi bölgənin təbiətini, tarixini və milli-mədəni irsini müasir numizmatika sənəti vasitəsilə əks etdirən kolleksiya nümunəsidir. Sikkənin konsepsiyasında Kəlbəcərin tarixi yaddaşı ilə yanaşı, bölgənin yenidən dirçəlişi və gələcəyə baxışı da ifadə olunub.
Qeyd edək ki, yeni kolleksiya “AzerGold” QSC-nin təşəbbüsü ilə istehsal olunan xatirə sikkələri seriyasının növbəti nümunəsidir. Məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 999.9 əyarda, müxtəlif çəkilərdə hazırlanıb. Qızıl sikkələr 5, 10 və 20 qram, gümüş sikkə isə 20 qram çəkidə təqdim olunur.
Kəlbəcər kolleksiyasını “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, həmçinin şirkətin onlayn satış
Digər Xəbərlər
01 Oktyabr 2026 10:05
Azərbaycan nefti bahalaşdı
30 Sentyabr 2026 17:19
Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı
30 Sentyabr 2026 16:38
Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı
30 Sentyabr 2026 14:40
Kartlarla bağlı yeni məhdudiyyət - İl ərzində 20 min manata qədər köçürmə etmək olacaq
30 Sentyabr 2026 12:29
Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək
30 Sentyabr 2026 11:31
“Bu göstəriciyə görə Azərbaycanda dünyada ən yaxşı onluğa daxildir”
30 Sentyabr 2026 10:17
“Ona görə də məhdudiyyətin Azərbaycana dəqiq maliyyə təsirini hesablamaq...”
29 Sentyabr 2026 14:58


Bakı -°C

