“Hakimiyyəti tənqid etmək çox hallarda dövlətə nifrət sayılmır”
“Vətən sevgisi milli kimlik anlayışının fəlsəfəsini dərk edən insanlara xas olan ali hissdir. Bəli, bu gün yüz illərin böyük məhrumiyyətlərinə baxmayaraq, biz vətən sevgisini bir millət olaraq elə formalaşdırmışıq ki, bu xalqın dövlətə bağlılığının siyasi və mənəvi tellərini heç bir qüvvə qıra bilməz. Bu bağlılıq, dövlət idarəçilik sistemində dövlətçilik prinsiplərinə sədaqətlə xidmət edən siyasi liderimizin müdrikliyi ilə nail olunmuşdur”.
Adalet.az xəbər verir ki, “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, bu ideoloji xətti heç kim inkar edə bilməz:
“Çünki biz onu əyani şəkildə görənlərdənik və gördüklərimizi səmimi şəkildə gələcək nəsillərə çatdırmaq bizim vətəndaşlıq borcumuzdur. Dövlətə bağlılıq təkcə qanun və sərhəd anlayışı deyil, həm də tarixə, milli kimliyə, mədəniyyətə və ortaq taleyə bağlılıq hissidir. Burada çox incə bir məqam var: hakimiyyəti tənqid etmək çox hallarda dövlətə nifrət sayılmır. Biz artıq sağlam və mütərəqqi cəmiyyət qurmuşuq. İdarəçilikdə individual xarakterləri, fərdlərin nöqsanlarını müvafiq şəkildə tənqid etmək bəzən daha yaxşı dövlət arızasından irəli gəlir. Amma vətən sevgisi olmayan insanlarda dövlətə qarşı laqeydlik və nifrət hissinin yaranması, milli kimlikdən uzaqlaşma, tarixi yaddaşın zəifləməsi, şəxsi maraqları dövlət maraqlarından üstün tutmaq, xarici təsirlərin girovuna çevrilmək bu, dövlətə nifrət və xəyanətdir. Bu isə yolverilməzdi”.
R.Hüseynovun sözlərinə görə, siyasətçidə vətən sevgisi şüarlarla deyil, xalqın taleyinə sahib çıxmaqla, dövlətin sabitliyini təmin etməklə, cəmiyyəti inkişaf etdirməklə, tarixi və milli dəyərlərə hörmət etməklə görünür:
“Bu gün İlham Əliyev dövlət və millət sevgisini bu nümunələrlə tam, bütöv və dürüst şəkildə həyata keçirib. Milli həmrəylik və birlik məhz bu amilləri böyük düşüncə və uzaqgörən diplomatiya ilə həyata keçirməklə mümkün olur. Amma dövlətə nifrət edənlər bunun tam əksini edirlər: dövlətin uğurlarını gözdən salmağa çalışır, milli dəyərləri şəxsi maraqlarına qurban verirlər. Bu isə vətənə sevgi deyil, nifrət hissidir. Həmin düşüncəni daşıyanlar bu gün nə cəmiyyət tərəfindən dəstəklənir, nə də nifrət etdikləri dövlət onların bu hissini yaymağa imkan verir. Çünki əldə etdiyimiz saf, ədalətli, qürurlu vətən sevgisinin zədələnməsinə yol verilməməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Iyun 2026 11:44
Zahid Oruc: Qurtuluşdan Zəfərə gedən yol Azərbaycanın dövlətçilik tarixini dəyişdi
12 Iyun 2026 11:43
Milli Məclisdə ötən ilin dövlət büdcəsi müzakirə olunur
12 Iyun 2026 11:20
Sahibə Qafarova: Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni böhrandan çıxardı
12 Iyun 2026 11:18
Əliyev Putini təbrik etdi
12 Iyun 2026 11:14
Milli Məclis Prezident və xanımını təbrik etdi
12 Iyun 2026 11:12
İlham Əliyev Filippin Prezidentini təbrik edib
12 Iyun 2026 11:05
Parlamentdə növbədənkənar sessiya: 10 məsələ müzakirəyə çıxarılır
12 Iyun 2026 11:00


Bakı -°C

