Yeni rektor Qazaxıstan nümayəndə heyəti ilə görüşüb - FOTO
Mayın 12-də Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli SDU ilə Qazaxıstan Respublikası Xalel Dosmuxamedov adına Atırau Universiteti arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil olunan iki həftəlik akademik mübadilə proqramının iştirakçılarını qəbul edib.
Adalet.az xəbər verir ki, qəbul zamanı rektor Nurəli Yusifbəyli tədris və elmi fəaliyyət sahəsində təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. SDU müəllimlərinin Atırau Universitetindəki oxşar proqramda iştirakını xatırladan rektor, bu əməkdaşlığın artıq konkret nəticələr verdiyini bildirib. O, hər iki ali təhsil müəssisəsi alimləri tərəfindən birgə hazırlanması nəzərdə tutulan “Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin strateji aspektləri” adlı kollektiv monoqrafiyanın bu formatda ilk layihə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, əsas hədəf ölkələr arasındakı iqtisadi əlaqələrin elmi-nəzəriyyədən praktik müstəviyə keçməsini təmin etməkdir.
Atırau Universitetinin nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat və hüquq fakültəsinin dekanı, dosent Rayxan Utaliyeva səmimi qəbula görə rektor Nurəli Yusifbəyliyə təşəkkür edib. O, Atırau Universitetinin rektoru, professor Salamat İdrisovun salamlarını SDU-nun rektoruna çatdıraraq universitetlə bağlı xoş təəssüratlarını bölüşüb.
Qeyd edək ki, iki həftəlik proqram çərçivəsində seminar, dəyirmi masa, elmi müzakirə və birgə akademik görüşlərin keçirilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
13 May 2026 11:19
ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirilib
13 May 2026 11:07
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
13 May 2026 10:32
DİM fənn olimpiadalarının qaliblərinə müraciət edib
12 May 2026 12:59
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verildi
10 May 2026 17:36
Azərbaycan Universitetində Heydər Əliyev anıldı
10 May 2026 12:26
Məktəblərin rasionallaşdırılması təhsilin keyfiyyətini artıracaq - Emin Əmrullayev
09 May 2026 16:04
Yardımlı Xeyriyyə Cəmiyyətinin təhsilə dəstək missiyası davam edir
08 May 2026 19:45


Bakı -°C

