Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verildi
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib.
Universitetdən Adalet.az-a bildirilib ki, müasir texnoloji tələblər və istifadəçi rahatlığı nəzərə alınaraq hazırlanmış https://qu.edu.az platforması universitetin fəaliyyəti barədə məlumatların daha operativ, əlçatan və sistemli şəkildə təqdim olunmasını təmin edir.
Bu, dünyanın nüfuzlu universitetlərinin istifadə etdiyi "Drupal" platformasında qurulmuş ilk yerli universitet veb-saytıdır. Veb-sayt yenilənmiş dizaynı, təkmilləşdirilmiş strukturu və funksionallığı ilə seçilir. Platformada universitetin fakültələri, ixtisasları, tədris imkanları, elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, eləcə də son xəbərlər və elanlar barədə ətraflı məlumatlar yer alır. Bununla yanaşı, sayt tələbələr, abituriyentlər, universitetin akademik və inzibati heyəti üçün vacib məlumatlara daha sürətli çıxış imkanı yaradır.
Saytın hazırlanmasında əsas məqsəd istifadəçilərə daha rahat naviqasiya imkanı təqdim etmək, informasiya əlçatanlığını artırmaq və universitetin rəqəmsal kommunikasiya imkanlarını genişləndirmək olub. Yeni platforma vasitəsilə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər daha geniş auditoriyaya çatdırılacaq.
Eyni zamanda, veb-sayt universitetin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi, informasiya mübadiləsinin sürətləndirilməsi və müasir rəqəmsal mühitə inteqrasiyanın təmin edilməsi baxımından mühüm rol oynayacaq.
Qarabağ Universiteti hər kəsi yeni rəsmi veb-saytı izləməyə dəvət edir:
https://qu.edu.az
Digər Xəbərlər
14 May 2026 10:38
"Bir neçə universitetimiz TOP siyahıya düşüb" - Emin Əmrullayev
13 May 2026 12:58
Nazirdən kollec və universitetlərlə bağlı ƏMR
13 May 2026 11:19
ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirilib
13 May 2026 11:07
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
13 May 2026 10:32
DİM fənn olimpiadalarının qaliblərinə müraciət edib
13 May 2026 10:21
Yeni rektor Qazaxıstan nümayəndə heyəti ilə görüşüb - FOTO
10 May 2026 17:36
Azərbaycan Universitetində Heydər Əliyev anıldı
10 May 2026 12:26


Bakı -°C

