Şuşasız Ağdamsız, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur.
Heydər Əliyev, ümummilli lider
Dünən Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa
şəhərinin işğal olunmasından 27 il keçdi. Amma iyirmi yeddi il keçməsinə baxmayaraq yaramız
qaysaq bağlamır. Bağlamasın, yaramız hər an göynəsin ki, biz də yata, dincələ
bilməyək, istəsək də unuda bilməyək Şuşanı.
Möhnətini böləmmədik,
Həsrətindən öləmmədik,
Harayına gələmmədik,
Ay dərd ilə qoşam, laylay,
ŞUŞAM laylay,
ŞUŞAM laylay!!!...
F.Məmmədli
8 may 1992-ci ilədək Şuşada 25 min nəfərədək əhali
yaşayıb. Şuşanın daşınmaz tarix və mədəniyyət abidələri sırasında tarixi əhəmiyyətli
fərdi binalar və onların əraziləri, qurğular, daşınan mədəni mülkiyyətə aid
abidələr, arxeoloji-mədəni təbəqələr çoxluq təşkil edirdi. Burada dünya əhəmiyyətli
tarix və mədəniyyət abidələrini və Şuşa Dövlət Mədəniyyət Qoruğunu xüsusi
olaraq qeyd etmək lazımdır.
Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini,
Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks
etdirən füsunkar diyardır. Qarabağ təkcə özünün nadir gözəlliyə malik
xalçaları, Midiya dağ atları - Qarabağ atları, Avropaya, Rusiyaya ixrac edilən
ipəyi, zərgərlik məmulatı, silahları ilə deyil, həm də nadir təbiəti, müalicəvi
suları ilə də məşhur idi. Sərt dağlar, sıx meşələrlə əhatələnən və toponimikası
Azərbaycan dilində"qara bağ","böyük bağ" kimi yozulan bu
diyarın paytaxtı isə qədim Pənahabad - Şuşa şəhəri olmuşdur. Şuşa şəhərinin ərazisi
zəngin və şanlı tarixi keçmişə malikdir. Uzaq keçmişdə bura qədim Xocalı-Gədəbəy
mədəniyyətinə (e.ə. ikinci minilliyin ikinci yarısı - birinci minilliyin əvvəlləri)
daxil olan ən qədim yaşayış yerlərindən birində yaranmış və daimi insan məskəninə
çevrilmişdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır
düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədim
insan düşərgələrindən biri olduğunu sübut edir. Dəniz səviyyəsindən 1300-1600
metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən
biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan
arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar
olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının - Midiya dövlətinin,
Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ
xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi
yaranmış və inkişafı etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi
Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus
Sosu (latın dilində"ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat
vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı
olduğu üçün onu"Şuşa"(şüşə - glass) adlandırmışlar.
Şuşa, Qədim dövrlərdən mövcud olmuş şəhər, XIII əsrdə
monqollar tərəfindən dağıdılmışdır.
Şuşa rayonu Azərbaycan Respublikasında inzibati ərazis
olaraq 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində
yerləşir. Ərazisi 289 km?-dir. Əhalisi 1 yanvar 2014-cü il tarixinə 31.5 min nəfərdir.
Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir.
1992-ci ildən rayon erməni silahlı dəstələrinin işğalı altındadır. Şəhər 8 may
1992-ci ildə işğal edilmiş və vəhşicəsinə dağıdılıb və əhalisi qaçqın düşərək
Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.
Rus işğalı dövründə də Şuşa Qarabağın paytaxtı
kimi öz aparıcı mövqeyini saxlayırdı. Ancaq Rusiyaya güclü Qarabağ xanlığı sərf
etmirdi və çar məmurları Qarabağ xanlığını zəiflətmək üçün gözəl üsul tapdılar.
Onlar Qarabağa, əsasən də Şuşa şəhərinə yersiz-yurdsuz, dilənçi halında olan
erməniləri köçürməyə başladılar. Ermənilərin iyrənc xislətinə yaxşı bələd olan
ruslar bilirdilər ki, bu dilənçi millət bir az özlərinə gələn kimi, Azərbaycan
xalqına qənim kəsiləcək, başlarına min oyun açacaqlar.
4 may 1805-ci il Kürəkçay müqaviləsi rusların bu
fitnəkar siyasətinin əsasını qoydu.
12 oktyabr 1813-cü il Gülüstan və 10 fevral
1828-ci il Türkmənçay sülh müqavilələri Azərbaycan torpaqlarının İranla Rusiya
arasında bölüşdürülməsini davam etdirdi və bu köçürmə siyasəti daha geniş vüsət
aldı. Türkmənçay sülh müqaviləsinin XV maddəsində deyilir:"gMəmur və
sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən
Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan
onların satlıq mallarına və ya əmlakına, əşyalarına hər hansı bir qadağa
qoyulmadan mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir".
İkinci Rus-İran müharibəsinin gedişində İrandan
Azərbaycana, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Türkmənçay
müqaviləsinə görə 2 il ərzində, 1828-ci ildən 1830-cu ilədək, Cənubi Qafqaza 40
mindən çox İran və 84 000 Türkiyə ermənisi köçürüldü. Onlar Gəncə və İrəvan
quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi və onlara 200 000
desyatindən çox xəzinə torpağı ayrıldı.
1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar,
8,4%-ni isə ermənilər təşkil edirdi. Köçürmə siyasəti nəticəsində azərbaycanlıların
sayı 64,8 %-ə endi, ermənilərin sayı isə 34,8 %-ə qalxdı.
XIX əsrin sonlarından başlayaraq erməni millətçi
təşkilatları Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur
bölgələrinə yiyələnmək üçün cəhdlər göstərərək,"Böyük Ermənistan"
yaratmaq ideyasını həyata keçirmək üçün geniş fəaliyyətə başladılar. Bu istiqamətdə
onların ilk hədəfi Zəngəzur və Qarabağı ələ keçirmək idi.
1918-ci ildə rusların səyi nəticəsində Qərbi Azərbaycan
torpaqları (İrəvan, Dərələyəz, Zəngibasar, Göyçə və s. mahallar) ərazisində
indiki Ermənistan dövləti yaradıldı.
Azərbaycan rəhbərlərinin belə"səxavətli hədiyyəsindən"
ruhlanan Ermənistan rəhbərliyi rəsmi surətdə Qarabağa dair ərazi iddiaları irəli
sürdü.
Şuşanın işğalına gedən yol Meşəlidən, Kərkicahandan,
Malıbəylidən, Quşçulardan, Xocalıdang keçdi. Bütün bunlara baxmayaraq, Şuşanın
işğalına heç kəs inanmırdı, ağlına belə gətirmirdi. Ancaq bu hadisə baş verdi və
Şuşa 1992-il mayın 8-də erməni və rus işğalçıları tərəfindən işğal edildi.
Şuşanın işğal günü bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbə,
bizim hamımız üçün ağır bir dərddir.
Şuşa Azərbaycanın bəlkə də yeganə bölgəsidir ki,
bu qədər tarixi şəxsiyyətlər, incəsənət xadimləri yetişdirib, Azərbaycanın
başını uca edib. Azərbaycan mədəniyyətinə dühalar, tarixi şəxsiyyətlər, incəsənət
xadimləri bəxş etmiş bu şəhər, nə qədər istəsələr də heç vaxt, heç bir vəchlə
başqa bir millətin ola bilməz. Bu şəhəri özünün adına çıxmağa çalışan hər hansı
bir millətin arzusu ürəyində qalacaq. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal etsələr
də, kənd-kəsəklərinə yalançı adlar qoysalar da, onu heç vaxt özününküləşdirə
bilməyəcəkdir.
Şuşanın dağları başı dumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı...
Ustad Xan Şuşinskinin yazdığı və oxuduğu bu
mahnını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki əsası
Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan
da dumanlar alıb. Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən
işğal olundu. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri,
o cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı"Gövhər ağa məscidi",
Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Ü. Hacıbəyov,
Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri belə düşmən gülləsinə tuş
gəlib... Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın
başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən
Şuşa erməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşən
qaçqınlar yenidən öz yurdlarına qayıdacaqdır. Beləcə, Şuşa köhnə yaralara məlhəm
qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq"Xanın səsi","Qarabağın
şikəstəsi..."
   
   
                        

                                Bakı -°C
                            
                            
    
    
    
    
    
    
    
    
    
            
            
            
            
            
            
            
            
            
            
            
            
            
            
            