adalet.az header logo
  • Bakı -°C
25 Avqust 2026 17:50
63
MARAQLI
A- A+

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır.

Adalet.az xəbər verir ki, Trakya Universiteti Tibb Fakültəsinin Kardiologiya kafedrasının müdiri, professor Servet Altay bildirib ki, uzun müddət hərəkətsiz qalmaq ayaq venalarında qan dövranını yavaşladaraq dərin ven trombozunun yaranmasına səbəb ola bilər.

Onun sözlərinə görə, ayaqlarda yaranan laxtalar qan dövranı vasitəsilə ürəyə, oradan isə ağciyərlərə çataraq ağciyər emboliyasına səbəb ola bilər. Bu vəziyyət isə həyati təhlükə yarada və ölümə gətirib çıxara bilər.

Professor qeyd edib ki, 4 saat və daha uzun davam edən səfərlər risk faktoru hesab olunur.

Risk qrupuna yaşlılar, hamilələr, ürək və böyrək çatışmazlığından əziyyət çəkən şəxslər daxildir. Yaxın zamanda bud-çanaq əməliyyatı keçirənlər, xərçəng xəstələri, əvvəllər laxtalanma pozğunluğu və ya ağciyər emboliyası keçirmiş şəxslər də daha diqqətli olmalıdır.