Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur
Əmək qanunvericiliyinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
Adalet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu zaman işçinin yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınır.
"16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. 16 yaşdan 18 yaşadək işçilər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, hamilə və yaşyarımadək uşağı olan qadınlar, həmçinin 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün isə həftəlik iş vaxtı 36 saatdan çox ola bilməz. Eyni qayda fiziki, kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli digər ağır istehsalat amillərinin mövcud olduğu əmək şəraitində çalışanlara, eləcə də yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi yaradan iş yerlərində çalışan şəxslərə də şamil edilir", - deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər
02 Sentyabr 2026 10:34
Pensiyalarla bağlı yeni xəbər - 152 min nəfər...
02 Sentyabr 2026 10:09
Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı
01 Sentyabr 2026 20:00
Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək
01 Sentyabr 2026 18:10
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar
01 Sentyabr 2026 16:31
362 nəfərdən ibarət köç karvanı Ağdama çatdı - YENİLƏNİB
01 Sentyabr 2026 16:22
Bağçada uşağın qanından psixotrop maddə tapıldı - RƏSMİ AÇIQLAMA
01 Sentyabr 2026 13:01
Su obyektlərindən xüsusi istifadə ilə bağlı yeni qaydalar açıqlanıb
01 Sentyabr 2026 12:50


Bakı -°C

