Səfirlik Şəkidə dağda xəsarət alan niderlandlıya yardıma görə təşəkkür etdi
Avqustun 29-da Şəkinin dağlıq ərazisində xoşagəlməz hadisə ilə üzləşmiş Niderland vətəndaşının xilas edilməsi və təcili tibbi yardımla təmin olunması ilə bağlı Azərbaycanın aidiyyəti qurumlarına minnətdarlığımızı bildiririk.
Bu barədə Adalet.az-a Niderlandın Azərbaycandakı səfirliyindən məlumat verilib.
"Xüsusilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə çətin dağlıq relyef və qaranlıq hava şəraitində həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatına, helikopterlə operativ təxliyəyə və hadisə yerində göstərilən ilkin tibbi yardıma görə təşəkkür edirik. Eyni zamanda, Şəki Rayon Mərkəzi Xəstəxanası və paytaxtda yerləşən Yeni Klinika tərəfindən göstərilən tibbi yardımı, peşəkar yanaşmanı və operativ müdaxiləni yüksək qiymətləndiririk", məlumatda deyilir.
Səfirlikdən bildirilib ki, bu hadisə zamanı aidiyyəti qurumların çevik və əlaqələndirilmiş fəaliyyəti Niderland vətəndaşının təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Niderland vətəndaşı avqustun 29-da Şəkinin Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində piyada yürüş zamanı itlərin hücumuna məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıb.
Niderland vətəndaşı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən təxliyə edilib. Helikopterlə əraziyə tibb heyəti və xilasetmə qrupu göndərilib. Təxminən 2000 metr yüksəklikdə həyata keçirilən əməliyyat nəticəsində yaralı turistə ilkin tibbi yardım göstərilib və helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
Digər Xəbərlər
10 Sentyabr 2026 20:19
Azərbaycanda doğum nisbəti və təbii artım azalıb
10 Sentyabr 2026 17:44
Bu qədər uşaq nikahdankənar doğulub
10 Sentyabr 2026 17:10
1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı
10 Sentyabr 2026 16:30
Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
10 Sentyabr 2026 16:02
"İçərişəhər"ə niyə 300 maşın buraxılır?
10 Sentyabr 2026 15:52
Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
10 Sentyabr 2026 14:12
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü
10 Sentyabr 2026 11:11


Bakı -°C

