Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Sentyabrın 1-dən Azərbaycanda kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium başa çatıb və balıq ovu mövsümü açıq elan edilib.
Adalet.az xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.
Qeyd olunub ki, bu tarixdən etibarən Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında müəyyən edilmiş qaydalara uyğun balıq ovu həyata keçirilə bilər.
Mərkəz balıq ovu ilə məşğul olan şəxsləri müəyyən edilmiş qaydalara riayət etməyə, su bioresurslarının qorunmasına həssas yanaşmağa və məsuliyyətli balıqçılıq prinsiplərinə əməl etməyə çağırıb.
Qeyd olunub ki, mövsüm ərzində su hövzələrində balıq ehtiyatlarının qorunması və balıq ovu qaydalarına əməl olunmasına nəzarət məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər davam etdiriləcək.
Digər Xəbərlər
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31
"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir
12 Sentyabr 2026 10:07


Bakı -°C

