adalet.az header logo
  • Bakı -°C
02 Sentyabr 2026 17:08
55
ŞOU-BİZNES
A- A+

Məşhur müğənnini idman zalının qarşısında güllələyib öldürdülər

Hindistanda tanınmış müğənni Ankit Balyan silahlı hücum nəticəsində öldürülüb.

Adalet.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə Uttar-Pradeş ştatında, idman zallarından birinin qarşısında baş verib. 32 yaşlı sənətçiyə dörd nəfər atəş açıb. Hadisə müşahidə kameralarına düşüb.

İstintaq zamanı məlum olub ki, hücumda dörd silahlı şəxslə yanaşı, əvvəlcədən hindistanlı müğənnini izləyən və ərazidə kəşfiyyat aparan iki nəfər də iştirak edib.

Polis şübhəlilərin izinə düşüb. Saxlanılma zamanı onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar. Cavab atəşi nəticəsində 24 yaşlı Sumit və 22 yaşlı Mohit ağır yaralanıb. Xəstəxanaya çatdırılan hər iki şəxs daha sonra ölüb.

Əməliyyat zamanı SWAT xüsusi təyinatlı dəstəsinin iki əməkdaşı da yaralanıb. Hadisə yerindən bir neçə tapança, 26 döyüş patronu və 15 boş giliz götürülüb. Şübhəlilərin hər birinin tutulmasına görə daha əvvəl 50 min rupi mükafat təyin edilmişdi.

Qeyd edək ki, Ankit Balyan Hindistanda xüsusilə “Bhari court mein goli maarenge meri jaan” mahnısı ilə tanınırdı.