Qəbələdə gənc tibb işçilərinin konfransı keçirilib
Qəbələ rayonunda “Gənc Tibb İşçilərinin Konfransı” keçirilib.
Adalet.az xəbər verir ki, tədbir Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Heydər Əliyev Konqres Mərkəzində keçirilən konfransın əsas məqsədi gənc tibb işçilərinin peşəkar inkişafının dəstəklənməsi, əmək hüquqları, psixoloji rifahı və karyera imkanlarının müzakirəsi, eləcə də gənc mütəxəssislərin regionlarda fəaliyyətinin təşviq edilməsi olub.
Tədbirdə dövlət qurumlarının, səhiyyə strukturlarının və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə yanaşı, Qəbələ, Oğuz, Balakən, Qax, Zaqatala və Şəki şəhər və rayonlarından olan gənc tibb işçiləri iştirak ediblər.
Konfrans çərçivəsində iki panel müzakirəsi keçirilib. “Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” mövzusunda I paneldə karyera planlaması, davamlı peşəkar inkişaf, psixoloji rifah və həmkarlar ittifaqlarının gənc səhiyyə işçilərinin sosial rifahındakı rolu müzakirə olunub.
“Gənclərin regionlarda inkişaf yolu” adlı II paneldə isə gənc kadrların qarşılaşdıqları problemlər, hüquqi risklər, xəstə hüquqlarının qorunması və bölgələrdə davamlı məşğulluğun təşviqi üçün motivasiya mexanizmləri diqqət mərkəzində olub.
Tədbirin interaktiv hissəsində “Gənc Tibb İşçiləri arasında İntellektual Yarış” təşkil edilib. İştirakçılar tibbi biliklərlə yanaşı, analitik düşünmə, klinik qərarvermə, etik yanaşma və komanda işi bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, konfrans gənc tibb işçilərinin peşəkar inkişafının, sosial rifahının və regionlarda fəaliyyətinin davamlılığının dəstəklənməsinə yönəlmiş regional layihələrin növbəti mərhələsi olub.
Digər Xəbərlər
02 Sentyabr 2026 17:54
Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO
02 Sentyabr 2026 17:32
Həftə ərzində az yatırsınızsa, bunu edin
02 Sentyabr 2026 16:11
Soyuq hava ilə bağlı xəbərdarlıq edildi
02 Sentyabr 2026 10:28
Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı
01 Sentyabr 2026 17:16
Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib
01 Sentyabr 2026 08:29
Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var
31 Avqust 2026 11:14
Fizioterapiya ilə bağlı vacib məqamlar – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı
26 Avqust 2026 17:56


Bakı -°C

