Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sosial platformalar üzərindən həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində qanunsuz satışa çıxarılan “Tea By Gunay” və “Metobix çayı” əmtəə nişanlı “arıqlama çayı” məhsulları aşkarlanıb.
Adalet.az xəbər verir ki, baxış zamanı məhsulların qanunvericiliyin tələblərinə uyğun etiketlənmədiyi müəyyən edilib. Belə ki, məhsulların üzərində yararlılıq müddəti, istehsalçının ünvanı, məhsulun tərkibi və digər zəruri məlumatlar qeyd olunmayıb. Həmçinin məhsulların üzərində xəstəliklərin müalicəsində istifadə olunduğu barədə məlumatların yerləşdirildiyi və müvafiq icazə sənədi olmadan satışının həyata keçirildiyi aşkarlanıb.
Həsənova Günay Abas qızı və Mehtizadə Çiçək Alı qızı izahatlarında qeyd olunan çayları müxtəlif apteklərdən əldə edərək təbii otlardan hazırladıqlarını və məhsulları ev şəraitində qablaşdırıb hər hansı icazə sənədi olmadan “Instagram” hesabları (“tea_by_gunay”, “healthby_mehtizadeh”) vasitəsilə onlayn satdıqlarını bildirib. Araşdırma zamanı sözügedən şəxslərin sosial media hesablarında özlərini “həkim-diyetoloq” kimi təqdim etdikləri də müəyyən edilib.
Faktlarla bağlı inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə laborator müayinələrə cəlb olunub. Eyni zamanda, qanunsuz sahibkarlıq fəaliyyəti və tibbi fəaliyyətlə bağlı aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər göndərilib.
AQTA bir daha istehlakçılara sosial şəbəkələr və digər onlayn platformalar vasitəsilə satılan, xüsusilə arıqlama məqsədilə istifadə olunan məhsulları alarkən diqqətli olmağı tövsiyə edir. Belə məhsullar alınarkən onların etiket məlumatlarının tamlığına, istehsalçı və məhsulun tərkibi barədə məlumatların mövcudluğuna, eləcə də satışının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib-keçirilmədiyinə diqqət yetirilməlidir.
Digər Xəbərlər
02 Sentyabr 2026 17:45
Qəbələdə gənc tibb işçilərinin konfransı keçirilib
02 Sentyabr 2026 17:32
Həftə ərzində az yatırsınızsa, bunu edin
02 Sentyabr 2026 16:11
Soyuq hava ilə bağlı xəbərdarlıq edildi
02 Sentyabr 2026 10:28
Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı
01 Sentyabr 2026 17:16
Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib
01 Sentyabr 2026 08:29
Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var
31 Avqust 2026 11:14
Fizioterapiya ilə bağlı vacib məqamlar – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı
26 Avqust 2026 17:56


Bakı -°C

