Azərbaycan filmləri beynəlxalq festivalın fınalında

Azərbaycan filmləri - "Nar bağı” və "Üçüncü günün adamı” Türkiyədə bu gündən 5-ci Antakya Beynəlxalq Film Festivalının uzunmetrajlı film müsabiqəsinin finalında mübarizəyə qatılacaq.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasındanAxşam.az-a verilən məlumata görə, festival dekabrın 12-dək davam edəcək.
Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb.
C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası və "Buta Film” kino şirkətinin birgə istehsalı olan "Nar bağı” filminin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rollarda Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri oynayıblar.
Kinostudiyanın istehsalı olan "Üçüncü günün adamı” filminin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıblar.
Digər Xəbərlər

Liderlər “Laçınım”ı dinlədilər - VİDEO

Bakı Xoreoqrafiya Akademiyasında Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır- FOTOLAR

Naxçıvan teatrının tamaşaçıları "Qodonun intizarında"

Pənahinin filminə görə fransalı müşavir İran XİN-ə çağırıldı

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Polad Bülbüloğlunun konserti olub - FOTOLAR

Qarabağ atlarının Zəfər çıxışı... -FOTOLAR
