Pənahinin filminə görə fransalı müşavir İran XİN-ə çağırıldı

Fransa səfirliyinin müşaviri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Adalet.az xəbər verir ki, xarici işlər naziri Jan-Noel Barronun iranlı rejissor, keçmiş siyasi məhbus Cəfər Pənahinin Kann Film Festivalında baş mükafata layiq görülmüş filmi ilə bağlı söylədiyi fikirlərə etiraz edilib.
Qeyd edilib ki, Pənahinin 78-ci Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülən filmi İranda qeyri-qanuni çəkilibb: hakimiyyətdən icazə alınmayıb. O, 2023-cü ildə İran həbsxanasından çıxdıqdan sonra filmi Kannda şəxsən təqdim edib. Festivalın münsiflər heyətinin Pənahiyə ən yüksək mükafatı vermək qərarından sonra Barro filmin “İran rejiminin zülmünə müqavimət əlaməti olaraq” mükafat aldığını deyib.
İran Xarici İşlər Nazirliyi fransız nazirin sözlərini “alçaldıcı” və “əsassız” hesab edib.
Digər Xəbərlər

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Polad Bülbüloğlunun konserti olub - FOTOLAR

Qarabağ atlarının Zəfər çıxışı... -FOTOLAR

Xalq artisti Fuad Poladovun doğum günüdür

Bursanın İznik bölgəsində Birinci Nikea Şurasının 1700 illiyi keçirilib - FOTOLAR

"Möminə Xatun"un təmiri ümidlərimizi cücərdir: Yad muzeylərdəki eksponatlar...

Aktau “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib

Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır
