Liderlər “Laçınım”ı dinlədilər -VİDEO

Xəbər verdiyimiz kimi, Laçında Həkəri çayı sahilində 28 May - Müstəqillik Gününə həsr edilən konsert keçirilib. Konsert Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutub.
Adalet.az AzTV-yə istinadən xəbər verir ki, konsertdə liderlər mərhum müğənni Məhəbbət Kazımovun “Laçınım” mahnısını dinləyiblər.
Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü ildə Laçının Çorman kəndində anadan olub. Ömrünün 22 ilini Laçın həsrəti ilə yaşayan sənətçi “Laçınım” mahnısı ilə tanınıb.
1998-ci ildə yazılan mahnının sözləri Osman Alovluya, musiqisi və ifası Məhəbbət Kazımova məxsusdur. Müğənninin ən böyük arzusu Laçına qayıtmaq və bu mahnını doğma yurdunda ifa etmək olub. Lakin Məhəbbət Kazımov 2014-cü il yanvarın 27-də uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Digər Xəbərlər

Liderlər Bülbülün ev-muzeyində - FOTOLAR

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya çıxdı - FOTOLAR

“Teatrın dostu” mükafatı təqdim olundu: Kukla Teatrı daha bir mövsümü uğurla başa vurdu

Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət - FOTOLAR

Hökumə Əliyevaya həsr olunan film gələn ay təqdim olunacaq

Türkiyənin turizm mərkəzi: “Akdeniz’in İncisi” - FOTOLAR
