29 May 2025 10:16
304
KRİMİNAL

Həbsdə olan şəxs 11 il əvvəl başqa cinayət də törədibmiş - VİDEO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 2014-cü ildə quldurluq hadisəsi törədən 37 yaşlı Aqil Şirəliyev müəyyən edilərək məsuliyyətə cəlb olunub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, əvvəllər də dəfələrlə məhkum edilmiş və hazırda həbsdə olan Aqil Şirəliyev həmin vaxt şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunaraq gecə saatlarında rayon sakininə məxsus evə daxil olub. O, ev sahibinə fiziki zor tətbiq edərək soyuq silahla hədə-qorxu gəlib və zərərçəkmişin pul vəsaitlərini ələ keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri və  müvafiq ekspertizalarla cinayətin A.Şirəliyev tərəfindən törədildiyi müəyyən edilib. 

Fakla bağlı araşdırmalar davam etdirilir.