“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Polad Bülbüloğlunun konserti olub - FOTOLAR
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib.
Adalet.az xəbər verir ki, orkestrə Murtuza Bülbül dirijorluq edib.
İlk olaraq səhnədə Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi nümayiş olunub. Sonra Polad Bülbüloğlunun ifasında müxtəlif əsərlər səslənib.
Daha sonra Xalq Artisti Mənsum İbrahomovun ifasında muğam və xalq mahnılarımız təqdim olunub.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.
Bu il festivalın birinci günündə müxtəlif ölkələrdən gələn ifaçıların iştirakı ilə açılış konserti olub, sonra Azərbacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanan Üzeyir bəy belə deyərdi: "Babalı Sərvərin boynuna" adlı teatr tamaşası nümayiş olunub.
Digər Xəbərlər
14 Aprel 2026 14:18
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu
13 Aprel 2026 17:40
Xalq artisti vəfat etdi
13 Aprel 2026 12:22
Aktyor: “Bu, dəhşəti bir şeydir”
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51


Bakı -°C

