TİKA azərbaycanlı tələbələrə “Yaşıl Keçid” təlimi keçib -FOTOLAR
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Çanaqqala On Səkkiz Mart Universitetinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün “Yaşıl Keçid” mövzusunda təlim keçirilib.
Adalet.az-ın məlumatına görə, Çanaqqala On Səkkiz Mart Universiteti tərəfindən 26–30 may tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunan yüksək səviyyəli yaşıl keçid təlimində 30 azərbaycanlı tələbə iştirak edib.
Təlimin açılış mərasimində TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor müavini Vazeh Əsgərov, Çanaqqala On Səkkiz Mart Universitetinin müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılışda çıxış edən rektor müavini Valeh Əsgərov bildirib ki, təlimlərin keçirildiyi mərtəbə “Azərbaycan–Türkiyə Dostluq Bölməsi” kimi təşkil olunub və hər il Şuşa Bəyannaməsinin ildönümündə universitet olaraq müxtəlif tədbirlər keçirirlər. Əsgərov iki ölkə arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verən bu cür təlimlərin keçirilməsinə görə TİKA-ya və Türkiyəyə təşəkkür edib.
TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik isə bildirib:
“TİKA, ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və gənclərin bu sahələrdə maarifləndirilməsi istiqamətində bir çox ölkədə olduğu kimi, Azərbaycanda da mühüm layihələr həyata keçirir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də təhsil aldığı bu universitetdə təşkil etdiyimiz təlim proqramının, ətraf mühitə həssas peşəkarların və vətəndaşların yetişməsinə töhfə verəcəyinə, eyni zamanda ölkələrimiz arasındakı dostluq və əməkdaşlığı daha da möhkəmləndirəcəyinə inanırıq”.
Çevrimdaxili təlim, yüksək səviyyəli əyani təlim və Türkiyədə staj olmaqla üç mərhələdən ibarət təşkil olunan təlim proqramının ilk mərhələsini – çevrimdaxili təlimi uğurla başa vuran 30 tələbə hazırda yüksək səviyyəli əyani təlimdə iştirak edir. Bu mərhələdə uğur qazanan 5 tələbə yay aylarında staj keçmək üçün Türkiyəyə göndəriləcək.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

