“28 May”-“Nizami” arasında nə dəyişəcək? - Detallar açıqlandı
"28 May"-"Nizami" sahəsində Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində görülən işlər açıqlanıb.
Adalet.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, həmin istiqamətdə işlər planlaşdırılmış qaydada davam etdirilir.
Onun sözlərinə görə, mövcud tunelin sökülərək yenidən qurulması yeni tikinti ilə müqayisədə daha mürəkkəb prosesdir. Ötən bir ay ərzində əsas vəzifələrdən biri tuneldə yerləşən kabel xətlərinin köçürülməsi olub.
"Orada qatarların hərəkətinin təşkili, radiorabitə, elektrik təchizatı sisteminə, eləcə də müxtəlif qurumlara aid kabel xətləri var idi. Onların köçürülməsi metropolitenin gündəlik fəaliyyətinə maneə yaratmadan təşkil olunmalı idi", - deyə o bildirib.
B.Məmmədov qeyd edib ki, hazırlıq işlərinə rels yollarının, infrastrukturun digər üst quruluş və tunel elementlərinin sökülməsi də daxildir. Növbəti mərhələdə hər iki istiqamətdə tunelin 94 metrlik hissəsinin tam betonlanması həyata keçiriləcək. Məqsəd tunellərin dayanıqlığını və etibarlılığını təmin etmək, yerüstü tikili və qurğulara zərər dəyməsinin qarşısını almaqdır.
Qurum rəsmisi əlavə edib ki, hər iki şaxtaya maşın və mexanizmlərin gətirilməsi üzrə tədbirlər başa çatdırılıb, tikinti işləri üçün səfərbərlik tam təmin olunub. Tunellərdə qazıntı işləri planlı şəkildə davam etdirilir.
Qeyd edək ki, Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi çərçivəsində aparılan tunel işləri ilə əlaqədar avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkəti dayandırılıb.
Digər Xəbərlər
23 Sentyabr 2026 10:04
DYP çağırış etdi
23 Sentyabr 2026 09:35
Bu marşrutun hərəkət sxemi dəyişdirildi
22 Sentyabr 2026 23:11
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
22 Sentyabr 2026 22:15
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı - YENİLƏNİB
22 Sentyabr 2026 20:43
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar - FOTOLAR
22 Sentyabr 2026 19:23
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - VİDEO
22 Sentyabr 2026 17:50
"İçərişəhər"də yeni qatarların sayı niyə azdır?
22 Sentyabr 2026 17:42


Bakı -°C

