adalet.az header logo
  • Bakı -°C

Avropa Rusiya ilə müharibəyə hazırlaşır -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
115 | 2026-06-22 12:38
A- A+

"Beynəlxalq arenada NATO və Avropa İttifaqının apardığı siyasətə nəzər salsaq, görərik ki, məqsəd Rusiyanı strateji cəhətdən məğlubiyyətə düçar etməkdir"-deyə Rusiya XİN rəhbərinin  müavini Aleksandr Qluşko "İzvestiya" qəzetinə müsahibəsində bəyan edib. 

 Qluşko daha sonra əlavə edib ki, Avropa 2030-cu ilə qədər Rusiya ilə real müharibə etməyə hazırlaşır.

Almaniya hərbi qüvvələrinin quru qoşunlarının rəhbəri general-leytenant Krustian Froydinq bildirib ki, NATO-ya üzv 32 ölkənin kəşfiyyat məlumatlarına görə, müttəfiqlər 2038- ci ilədək tam olaraq Rusiya ilə müharibəyə hazır olmalıdırlar. 

 Avropa İttifaqı və NATO rəhbərləri intensiv şəkildə hərbi xərclərin artırılması planlarını razılaşdırırlar. Böyük Britaniya dörd ildən sonra Rusiya ilə qarşldurmaya hazırlıqla  bağlı hərbi xərcləri 2.5-3 faiz artlrmağı qərara alıb. 

 Əvvəldən də məlum olduğu kimi,  Qərb hələlik taran (bəlkə də, qurban) kimi Ukraynanı qabağa verib.  Qərbin müxtəlif fondları on illərdi Ukraynanın hərbi gücünün artırılması üçün maliyyə dəstəyi göstərir. 

 Qərbin apardığı oyuna gedən Rusiya, Ukraynanı bir neçə həftəyə məğlub edəcəyinə inanıb, dörd ildən çoxdur ki, özünü çıxılmaz bir vəziyyətə salıb. İndi nə müharibəni bitirə bilmir, nə də geri addım atmağı özünə rəva bilmir.  Ukrayna silahlı qüvvələri Avropa və ABŞ-ın fasiləsuz olaraq göstərdiyi həbi dəstəyi ilə, faktiki olaraq, Avropanın ən gücü ordularından birinə çevrilib.

 Avropa İttifaqının Rusiyaya qarşı tədbiq etdiyi sərt iqtisadi sanksiyalar, Moskvaya hər hansı bir səviyyədə danışıqlar aparmağa da mane olur. ABŞ prezidenti Donald Trampın münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atdığı addımlarda heç bir nəticə vermir. 
 
 Bu isə, onu göstərir ki, Avropa və Rusiya arasında gözlənilən  böyük müharibə qaçılmaz olacaq...


 

TƏQVİM / ARXİV