adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Sentyabr 2022 11:42
1015
MARAQLI

96 yaşında dünyasını dəyişən Elizabetin sirləri...

Dünya tarixinin ən ikonik personajlarından biri olan İngiltərə kraliçası Elizabet 96 yaşında Şotlandiyadakı qalasında vəfat edib. İngiltərənin ən uzun müddət padşahlıq edən monarxı, ölümünə qədər aktiv həyat sürən Elizabetin sağlamlıq sirləri...

Bu yay Britaniya taxtında 70 yaşını qeyd edən Kraliça Elizabet cümə axşamı Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Həm Böyük Britaniyada, həm də Böyük Britaniyanın idarə etdiyi 14 ölkədə bayraqlar yarıya endirilib. Ölümündən bir neçə saat sonra Kral Çarlzın tam adı Çarlz III olaraq elan edilərkən, güclü yağışa baxmayaraq, turistlər və ingilis ictimaiyyəti artıq Bukingem sarayının qarşısına toplaşmağa başlamışdılar.

Kraliçanın sarayda deyil, bugün Londondakı Hakkasan adlı restoranın olduğu binadakı nənəsinin evində doğulması, hüquq təhsilini yalnız sarayda alaraq bitirməsi, yaşıdları ilə vaxt keçirə bilməsi üçün ayrı bir qız məktəbinin də sarayın içində qurulması, özünə aid balinalarının olması, pasportsuz xaricə səyahət edə bilməsi, sürücülük vəsiqəsi olmadan maşın sürməsi, onun həyatında maska geyindiyi yeganə tədbirin İkinci Dünya Müharibəsinin bitməsi münasibətilə təşkil olunan mərasimlərin olması və bunu həyatının ən əyləncəli gecəsi kimi təsvir etməsi də onu insanlar üçün maraqlı edən şeylərdən bəziləridir.

Bütün bunlardan əlavə maraqlı olan ən əsas şey onun 96 yaşına qədər yaşamasının səbəbləridir. Onun bu yaşa kimi çatmasının sirləri nədədir?

Ölümünün son gününə qədər vəzifələrini yerinə yetirən Kraliça hətta ölümündən iki gün əvvəl İngiltərənin yeni baş naziri Liz Trussı qəbul edərək təyinat protokolunu tamamlamışdı.

Məncə, 96 yaşına qədər bu qədər aktiv yaşamağa imkan verən Kraliçanın gündəlik ayinləri Şahzadə Filipin ölümündən sonra onu yaşadan ən böyük şey oldu.

Bukingem sarayının aşpazlarından biri Darren Makqradinin dediyinə görə, Kraliça Yelizaveta gündə dörd dəfə yemək yeyir, lakin kiçik porslarla qidalanırmış.

Nişasta pəhrizində olan kraliçanın süfrəsində heç vaxt makaron, kartof və düyü olmazdı. Çox sağlam qida olsa da, qoxusuna görə sarayın mətbəxinə sarımsaq gətirmək qadağan edilmişdi. O, limon həvəskarı idi.

Balıq və təzə tərəvəzlər onun sevimliləri idi. Özünü ən çox hamburgerlə ərköyün edən kraliça hamburgeri üstünə mürəbbə yaxılmış bir dilim çörəklə yeyərmiş. Saraydakı bütün menyuları fransızca hazırlayan kraliça bu dildə oxunan yeməklərin qonaqlar üçün daha iştahaaçan olduğuna inanırdı.

Keçmişdə Kraliçanı "şokolad aludəçisi" olaraq xarakterizə edən aşpaz Grady, Kraliçanın sevimli desertinin "Şokoladlı Mükəmməl Piroq" olduğunu açıqlayıb. Ənənəvi şokoladlardan o, yalnız yüksək antioksidan dəyəri olan tünd şokoladı yeyirdi. Qreydi bildirib ki, o, şokolad həvəskarı olsa da, kraliça desertdən yalnız nazik bir dilim yeyirmiş. Əlahəzrət səhərlər Twinings çayı içirmiş. “Early Grey” onun sevimlisi imiş.

Məlumdur ki, kraliçanın şokoladlı desertdən sonra həyatda həzz aldığı 3 şey ailəsindən sonra kraliçanı psixoloji olaraq həyata bağlayan ən əhəmiyyətli vərdişlərdir. Bunlar onun şərab əsaslı ədviyyatlarla hazırladığı Dubonnet adlı sevimli kokteyli, 95 yaşına qədər mindiyi qiymətli atları və Corgi itləri idi.

Elizabetin 18 yaşından bəri 30-dan çox Corgi iti var idi. Corgi itləri kraliçanın gəncliyində çox sevdiyi iki fərqli it arasında çarpaz olaraq ortaya çıxan bir cinsdir.

Kraliçanın digər sağlamlıq sirri isə Londonda çox qalmaması, vaxtını yüksək oksigenlə Windsor bölgəsindəki qəsrində keçirməsi və təkcə məşhur ingilis çiyələkləri və böyürtkənləri deyil, həm də bal, pendir və digər məhsullarla qidalanmasındır. Kraliçanın süfrəsinə həmişə buradakı fermadan süd gəlirmiş.

 

Hazırladı: Eminquey

Mənbə: “Sözçü”